[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

İctimai kitabxanalarda ana dilimizdə kitabların olması üçün petisiya yaradılıb

Təranə Novruzova: “Uşaqlarımız, yaşlılarımız və yeni gələnlərimiz ana dillərində ədəbiyyata çıxış imkanı olmadan böyüyürlər”

Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti (Canadian Azerbaijanis Society of BC) Kanadada ictimai kitabxanalarda Azərbaycan dilində kitabların yer alması üçün petisiya başlayıb. Cəmiyyətin rəhbəri Təranə Novruzova deyir ki, Azərbaycan ədəbiyyatı Vankuverdə, Britaniya Kolumbiyasında və ümumilikdə Kanadanın əksər yerlərində ictimai kitabxanalarda demək olar ki, mövcud deyil, halbuki sayca daha kiçik icmaların ədəbiyyatı rəflərdə təmsil olunur: “Kanadanın mədəni müxtəlifliyinə töhfə verən və böyüyən bir icma  olmağımıza baxmayaraq, nə Vankuverdə, nə də Britaniya Kolumbiyasının başqa şəhərlərindəki heç bir ictimai kitabxanada uşaqlar, yeniyetmələr və böyüklər üçün Azərbaycan dilində kitablar təqdim olunmur. Biz bunu sistemli bir uğursuzluq kimi görürük. Bu hal mədəniyyətin silinməsinə, anlaşılmazlığa və təhsil, tanıtım və dialoq imkanlarının itirilməsinə səbəb olur”.

Petisiyanı imzalamaq üçün link

Məhz bu vəziyyəti dəyişdirmək üçün Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti petisiya yaradıb və hər kəsi petisiyanı imzalamağa və digər həmyerlilərimizlə də paylaşmağa çağırıb: “Sizin bir imzanız böyük dəyişiklik yarada bilər. Petisiyanı nə qədər çox adam imzalasa, səsimiz o qədər yaxşı eşidilər. Bizim icma dəyərlidir! Bizim dilimiz dəyərlidir! Bizim hekayələrimiz dəyərlidir!”.

Petisiyanı imzalamaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Doğma dildə oxumaq zövqündən məhrumuq

Petisiyada bu təşəbbüsü başlatmaq səbəbi də qeyd edilib: “Azərbaycanlı kanadalılar, o cümlədən uşaqlar və yeni gələnlər ana dilində ədəbiyyata çıxış imkanı olmadan böyüyürlər. Yaşlı nəsil doğma dilində oxumağın rahatlığından və zövqündən məhrum olur. Bu, Azərbaycan kimliyinin və mədəniyyətinin yanlış təmsil olunması və ya siyasi motivlərlə bilərəkdən təhrif olunması riskini artırır. Kanada multikulturalizmlə fəxr edir, lakin bir xalqın və dil qrupunun tamamilə ictimai çıxış imkanından məhrum edilməsi multikulturalizmin ruhuna ziddir”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar