[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

İyuldan Ontarioda avtomobil sığortasında ciddi dəyişikliklər olacaq  

Kimlər daha çox risk altındadır?

 Bu ilin iyulundan Ontarioda avtomobil sığortası qaydalarında dəyişiklik olacaq. Sığorta üzrə mütəxəssislər dəyişikliyin heç də istehlakçıların xeyrinə olmadığını düşünür və bildirirlər ki, sığortanın aşağı düşməsinin böyük mənfi nəticələr ola bilər. “Driving.ca”nın mövzuyla bağlı  araşdırmasını təqdim edirik.

1 iyuldan etibarən nə dəyişir?

1 iyuldan sonra Ontarioda sığortaya daxil edilən bəzi təminatlardan imtina etmək mümkün olacaq. Əvvəllər bu təminatlar məcburi şəkildə sığortaya daxil edilirdi. Əgər mövcud sığorta şirkətinizlə müqavilə şərtləri sadəcə yenilənərsə, həmin təminatlar qalacaq. Amma yeni müqavilə bağlayarkən təminatların hansının qalacağına, hansının çıxarılacağına özünüz qərar verməli olacaqsınız.

Bunlara aşağıdakılar daxildir:

  • Gəlir əvəzlənməsi müavinəti (qəza səbəbindən əvvəllki kimi işləyib maaş ala bilməyənlər)
  • Baxıcı müavinəti (qəza səbəbindən özü özünə baxa bilməyənlər üçün)
  • Ev işləri və evə qulluq xərcləri
  • Ölüm və dəfn müavinəti
  • İşləməyən şəxs üçün müavinət (tələbələr, evdar valideynlər, təqaüdçülər və s.)

Mütəxəssislər düşünürlər ki, brokerlər istehlakçıları bu təminatlardan imtina etməyin riskləri barədə tam məlumatlandırmalıdırlar. Bu təminatları çıxarmaqla aylıq bir neçə dollar qənaət etmək mümkündür, ümumilikdə isə bu, sığorta haqqının təxminən 5%-i ola bilər. Lakin o xəbərdarlıq edir: “Əgər bir neçə dollar sizin büdcəniz üçün bu qədər önəmlidirsə, məhz siz bu təminatlar olmadan daha böyük maliyyə itkiləri riski daşıyırsınız”.

Ödəniş qaydasında dəyişiklik

Hazırda qəza zamanı xəsarət üçün iddia qaldırdıqda əvvəlcə iş yerinizin tibbi təminatlarından istifadə etməlisiniz. Yeni dəyişikliklərlə sığorta şirkətləri birinci ödəyici olacaq. Bu dəyişiklik bir çoxları tərəfindən müsbət addım kimi qiymətləndirilir.

Lakin “EY Canada”dan Duncan Meadows bildirir ki, bu, sığorta şirkətlərinin xərclərini artıracaq və nəticədə sığorta haqları da arta bilər. O qeyd edir ki, müxtəlif şirkətlər bu seçimləri fərqli paketlər halında təqdim edə bilər.

“Seçim azadlığı”, yoxsa az təminat?

“Sound Insurance” şirkətinin eksperti Debbie Arnold düşünür ki, hökumət bunu daha çox seçim kimi təqdim etsə də, əslində real qənaət olmadan təminatı azaldır və brokerləri hüquqi risk altına qoyur.

D.Arnold da qəza zamanı sığorta şirkətlərinin iş yerindən əvvəl ödəmə etməsi qaydasını dəstəkləyir, lakin qeyd edir ki, iş yeri təminatlarının yetərli olub-olmadığını müəyyən etmək çətin olacaq: “Bu təminatlardan imtina etməyi düşünənlər əvvəlcə iş yerinin hansı təminatları verdiyini dəqiq öyrənməlidirlər”.

EY hesabatında deyilir ki, brokerlər öz tövsiyələrinin uzunmüddətli maliyyə nəticələrini nəzərə almalıdırlar. Yanlış məsləhət həm müştəri etibarını, həm də təmsil etdikləri təşkilatın nüfuzunu zədələyə bilər.

Kimlər daha çox risk altındadır?

  • Özü özünə işləyənlər və müxtəlif onlayn platformada çalışanlar (Yemək çatdırmada, taksi xidmətində çalışanlar, frilanser dizaynerlər, fotoqraflar, müqavilə ilə işləyən tərcüməçilər və b.)
  • Tələbələr və təqaüdçülər
  • Evdar valideynlər
  • Aşağı gəlirli şəxslər

Bu qruplar bəzən ödənişsiz əmək şəklində çox vaxt ailəyə böyük kömək olurlar. Qəza zamanı yardım olmaması ailə büdcəsini ciddi şəkildə sarsıda bilər.

Sığortasız piyadalar və velosiped sürənlər

Bu ilin 1 iyulundan etibarən qəza müavinətləri əsasən tibbi, reabilitasiya və baxıcı xidməti ilə məhdudlaşacaq. Bu isə əsasən sığortasız piyadalar, velosiped sürənlər və sərnişinlərə təsir edəcək.

Əvvəllər sürücü piyadanı vurduqda onun sığortası həmin şəxsə də şamil edilirdi. Yeni qaydalara görə, onlar qəza müavinətlərindən yararlana bilməyəcək, lakin sürücünü məhkəməyə verə biləcəklər. Bu da daha çox məhkəmə işləri və daha yüksək xərclər demək ola bilər.

Nə etməli?

1 iyul 2026-cı ildən sonra müqavilələrinizi yeniləyərkən onu diqqətlə nəzərdən keçirin. Daha aşağı sığorta haqqını avtomatik qəbul etməyin, çünki bu, vacib və uzunmüddətli maliyyə qorunmasından imtina etmək demək ola bilər. Sığorta brokerinizlə məsləhətləşin və xüsusilə gəlir əvəzlənməsi və baxıcı təminatı baxımından sığortanızın ehtiyaclarınıza uyğun olduğuna əmin olun.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp