[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada daimi oturum üçün fransızdilli immiqrantlara kütləvi dəvət göndərdi

Kanada 394-cü Express Entry (Ekspres Giriş) seçimini həyata keçirərək, fransız dili bilikləri kateqoriyası üzrə 8,500 namizədə Dəvət Məktubu göndərib. Seçmə mərhələsində tələb olunan minimum bal 400 olub.

Fevralın 6-da keçirilən seçim, Kanadanın Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin (IRCC) Kvebekdən kənarda fransızdilli icmaların gücləndirilməsinə xüsusi önəm verdiyini  göstərir. Bu seçimdə qaydaya əsasən, 3 fevral 2026-cı il tarixinədək Express Entry profilini təqdim etmiş və minimum CRS balını toplamış namizədlər dəvət alıblar.

Dəvət alan namizədlərdən 60 gün ərzində müraciətlərini təqdim etmələri tələb olunur. Müraciətlərə adətən 6 ay ərzində baxılır.

2026-cı ilin başlanğıcı yüksək həcmli və kateqoriya-yönümlü Express Entry seçimləri ilə yadda qalıb. Bu seçimlər kritik bacarıqlar və dil qruplarına üstünlük verərək əmək bazarındakı konkret ehtiyacları qarşılamağa yönəlib.

Keçid balının 400 olması, IRCC-nin fransız dili kimi hədəf kateqoriyalara fokuslandığı zaman keçid ballarının xeyli aşağı düşdüyü tendensiyanı göstərir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp