Ontario Əyalət Polisi bildirir ki, ilin ilk qarının yağması ilə əlaqədar Cənubi Ontarioda, xüsusən Böyük Toronto bölgəsində (GTA) cəmi 24 saat ərzində qarla bağlı 340 hadisəyə müdaxilə edilib.
Polis serjantı Kerri Şmidt bildirib ki, bu müddətdə 220 yol qəzası qeydə alınıb, əlavə olaraq təxminən 120 və ya daha çox avtomobil xəndəyə düşüb və ya qarda ilişib.
K.Şmidt qeyd edib ki, hadisələrin əksəriyyəti yüngül, “toqquşma” tipli qəzalar olub, lakin 400 nömrəli avtomagistralda bir neçə ağır qəza baş verib və bəzi şəxslər ağır xəsarətlə hospitala yerləşdirilib.
O, son 24 saatı “çox gərgin bir dövr” adlandırıb.
Foto: Ottawa City News
















