NPower Canada, Kanadada iş axtaran şəxsləri yüksək tələbat olan işlərə yönləndirmək məqsədilə ödənişsiz rəqəmsal peşə bacarıqları təlimləri təşkil edən xeyriyyə təşkilatıdır. Alberta, Britaniya Kolumbiyası, Manitoba, Yeni Şotlandiya, Ontario və Kvebekdə fəaliyyət göstərən NPower Canada, texnologiya sahəsində iş axtaranlarla işəgötürənlər arasında körpü yaradır.
Təlim proqramları
NPower Canadanın əsas proqramları 15 həftə davam edir və bölgəyə görə onlayn və müəyyən hallarda sinifdə keçirilən hibrid formatda dərslər şəklində keçirilir:
Junior IT Analyst (JITA) – Başlanğıc IT Analitik Proqramı
- Səviyyə: Başlanğıc
- Sertifikat: Google IT Dəstək Peşəkar Sertifikatı
Bütün altı əyalətdə kompyuter biliklərinə malik şəxslər üçün nəzərdə tutulan bu proqram, iştirakçılara texnologiya ilə əlaqəli işlər üçün bazarda tələbat olan bacarıqları qazandırır.
Junior Data Analyst (JDA) – Gənc Məlumat Analitiki Proqramı
- Səviyyə: Orta
- Sertifikatlar: IBM Məlumat Analitiki Peşəkar Sertifikatı və Microsoft Azure Fundamentals
Alberta, Britaniya Kolumbiyası, Yeni Şotlandiya, Ontario və Kvebekdə məskunlaşıb, IT və ya proqramlaşdırma sahəsində müəyyən ilkin bilikləri olan şəxslər üçün nəzərdə tutulan bu proqram, işəgötürənlərin axtardığı məlumat təhlili bacarıqlarına fokuslanır.
Security Operations Analyst (SOA) – Kibertəhlükəsizlik Analitiki Proqramı
- Səviyyə: Mükəmməl
- Sertifikat: Microsoft Təhlükəsizlik Əməliyyatları Analitiki Sertifikatı
Bütün altı əyalətdə keçərli olan bu proqramın iştirakçıları kibertəhlükəsizlik sahəsində işə hazırlanır.
Kimlər müraciət edə bilər?
- Kanadada tam ştatla işləmək hüququna malik olanlar (vətəndaş, daimi sakin və ya etibarlı iş icazəsi sahibi);
- Yuxarıda sadalanan əyalətlərdən birində yaşayanlar;
- Orta məktəb diplomu və ya GED (Böyüklər üçün yuxarı sinifləri oxumaq üçün məktəb proqramı – Kanada və ya beynəlxalq) sahibi olanlar;
- Etibarlı Sosial Sığorta Nömrəsinə (SIN) sahib olanlar;
- İşsiz, yarım ştat çalışanlar və ya iqtisadi çətinliklərlə üzləşən şəxslər.
Qeyd: Beynəlxalq tələbələr sözügedən proqramın tələblərinə uyğun sayılmır. İş icazəsi proqramın başlama tarixindən sonra ən azı bir il müddətinə etibarlı olmalıdır.
Müraciət proseduru
- Onlayn Müraciət: Qısa ilkin ərizə formasını doldurun, sonra tam müraciət formasını tamamlayın.
- Qiymətləndirmə: JDA və SOA proqramlarına müraciət edənlərdən texniki qiymətləndirmə tələb oluna bilər.
- Müsahibə: Uyğun namizədlər qəbul komandasının onlayn müsahibəsinə dəvət olunacaqlar.
- Qəbul Təklifi: Seçilmiş namizədlərə proqramda iştirak təklifi göndəriləcək.
- Proqramın Başlanması: Texniki təlim və peşə inkişafını birləşdirən hibrid tədrisə başlanacaq.
Dəstək xidmətləri:
NPower Canada iştirakçılarına geniş dəstək xidməti göstərir:
- İşlə təminat dəstəyi;
- Rezyume hazırlığı və müsahibəyə hazırlıq;
- Korporativ mentorlar və qonaq mütəxəssislərlə görüş imkanı;
- İşə qəbul sonrası kouçinq və məzun olandan sonra dəstək.
Ətraflı məlumat və müraciət üçün NPower Canada Proqramları səhifəsini ziyarət edin.