Kanadanın Alberta əyalətinin Edmonton şəhərində yaşayan 1967-ci il təvəllüdlü Abdulahat Nur həm məktəb avtobusu sürücüsü, həm də beynəlxalq səviyyədə tanınan siyasi liderdir. O, 20 ildən artıqdır Edmontonda məktəb avtobusu sürücüsü kimi çalışır. Eyni zamanda, 2023-cü ildən etibarən Sürgündəki Şərqi Türküstan Hökumətinin Baş naziri vəzifəsini icra edir. A.Nur bildirir ki, Uyğur tarixi və mədəniyyətini öyrətdiyi üçün Çində həbs olunub və daha sonra ölkədən qaçmağa məcbur qalıb.
Hazırda Abdulahat Nur beynəlxalq səviyyədə uyğurların hüquqları və Şərqi Türküstanın müstəqilliyi uğrunda fəaliyyət göstərir. Nur həmçinin 2018-ci ildən Alberta Uyğur Mədəniyyət Cəmiyyətinin prezidentidir.
O, 2019-2023-cü illərdə Sürgündəki Şərqi Türküstan Hökumətinin vitse-prezidenti, daha əvvəl isə dini və vəqf işləri naziri olub.
Qeyd edık ki, Kanada parlamenti 2021-ci ildə Çinin uyğurlara qarşı münasibətini rəsmi şəkildə “soyqırımı” kimi tanıyıb.
















