Gordie Howe International Bridge körpüsü üçün ödəniş tarifləri açıqlanıb. Kanada ilə (Vindsor) ilə Amerikanı (Detroit) birləşdirən altı zolaqlı keçidin bu yaz açılması planlaşdırılır. Körpü Ontariodakı (Kanada) Highway 401 ilə Miçiqandakı (Amerika) Interstate 75 arasında birbaşa avtomobil yolu bağlantısı yaradacaq.
Minik avtomobilləri üçün tariflər
Yeni körpüdən keçən minik avtomobillərinin sürücüləri hər keçid üçün 8 Kanada dolları ödəyəcəklər. Breakaway proqramına qoşulanlar üçün 25 faiz endirim tətbiq olunacaq və ödəniş 6 Kanada dollarına düşəcək.
Bu proqram həmçinin xüsusi cihazla təchiz olunmuş avtomobillərin ödəniş zolaqlarından sürətlə keçməsinə imkan verir. Ödənişlər bir neçə saniyə ərzində avtomatik tutulur.
Kommersiya nəqliyyatı üçün tariflər
Kommersiya nəqliyyat vasitələri də Breakavay proqramı vasitəsilə endirim əldə edə biləcək.
Standart tarif: hər ox üçün 12 Kanada dolları (8.75 ABŞ dolları)
Endirimli tarif: hər ox üçün 9.60 Kanada dolları (6.90 ABŞ dolları)
Müqayisə üçün, Ambassador Bridge hazırda hər ox üçün 20 ABŞ dolları, elektron keçid istifadə edənlər üçün isə 15 ABŞ dolları tələb edir.
Bizneslər üçün imkanlar
Şirkətlər üçün əvvəlcədən ödəniş hesabları da mövcuddur və qeydiyyat artıq açıqdır. Maraqlanan şirkətlər sərhədin hər iki tərəfində keçiriləcək təqdimat tədbirlərində iştirak edə bilərlər.
Digər keçidlərlə müqayisə
Yeni keçidin hazırda minik avtomobilləri üçün təxminən 14 dollara başa gələn Ambassador Körpüsü ilə birbaşa rəqabət aparacağı gözlənilir. Vindsor sakinləri və yükdaşıma şirkətləri bildirirlər ki, daha aşağı ödənişlər nəqliyyat xərclərini azalda və Kanada ilə ABŞ arasında ən sıx ticarət dəhlizlərindən birində rəqabəti artıra bilər.
Foto:Dax Melmer / The Canadian Press