[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kvebek, dövlət qurumlarında niqabı, dua otaqlarını qadağan edən qanun layihəsi hazırlayır  

Qanun layihəsinin bu həftənin cümə axşamı təqdim olunacağı gözlənilir

Kvebek hökuməti dövlət qurumlarında dünyəvilik qaydalarını genişləndirən bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bu tədbirlərə universitet və kolleclərdə (CEGEP) dua otaqlarının qadağan edilməsi, eləcə də dini qaydalara əsaslanan yeməklərin təqdim edilməsinin məhdudlaşdırılması daxildir.

Radio-Canada, TVA və Le Journal de Montréal tərəfindən ilk dəfə yayımlanan məlumatları təsdiqləyib. Qanun layihəsinin bu həftənin cümə axşamı təqdim olunacağı gözlənilir.

Hökumət dövlət qurumlarının kommunikasiya prosesində dini simvollardan istifadəni də qadağan etmək istəyir. Layihədə həmçinin dövlət qurumlarının yalnız dini ənənəyə əsaslanan xüsusi menyu təqdim etməsi qadağan olunur və üzün açıq olması tələbi dövlət və subsidiyalı uşaq bağçaları sistemində də genişləndirilir.

Hökumət bütün dövlət qurumlarında dini ayinləri qadağan etmək niyyətindədir. Buna universitet və kolleclərdəki dua otaqları da daxildir (bəzən yaşayış tipli müəssisələr üçün istisnalar nəzərdə tutulur).

Qanun layihəsi həmçinin müəyyən şərtlər daxilində istisnalar olmaqla ictimai duaların qadağan edilməsini nəzərdə tutur.

Altı il əvvəl CAQ (Coalition Avenir Québec Partiyası) hökuməti dünyəvilik haqqında əsas qanun kimi tanınan Bill 21-i qəbul etmişdi. Bir ay əvvəl isə bu qanunun dini simvollarla bağlı qadağalarını genişləndirən başqa bir qanun qəbul olunmuşdu. İndi hökumət yenidən din və ictimai həyatın kəsişməsinə yönəlmiş yeni addımlar atır.

2019-cu ildə qəbul edilən Bill 21 müəllimlər, polis əməkdaşları, hakimlər və səlahiyyət sahibi digər işçilərin iş zamanı dini simvol taxmasını qadağan edir. Qadağaya hicab, kippa, türban, xaç və s. daxildir. Qanun həmçinin istisna halları (məsələn, tibbi səbəblər) xaric üzün örtülməsini də qadağan edir.

Kvebek hökuməti oktyabrda Bill 94-ü qəbul edərək dini simvolların qadağasını məktəblərlə təmasda olan bütün işçilərə şamil etdi. Bu qanun həmçinin şagirdlərin də üzlərini örtməsini qadağan edir.

Bu qaydalar artıq işləyən bəzi işçilər üçün müəyyən istisnalar nəzərdə tutsa da, bu istisnalar yalnız mart ayında qanun layihəsi təqdim olunmazdan əvvəl işə qəbul olunanlar və vəzifəyə yüksələnlər üçün keçərlidir. Ötən həftə bəzi məktəb əməkdaşları bu istisnaların qanun qüvvəyə mindikdən sonra deyil, məhz layihənin təqdim edildiyi tarixdən etibarən tətbiq olunacağını öyrəndilər.

Avqust ayında dünyəvilik qaydalarını daha da gücləndirmək üçün qanuna 50 dəyişiklik tövsiyə edən bir komitə hesabat vermişdi.

Yazı CBC-dən tərcümə edilib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar