[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontodakı nağıl kimi daş döşəməli qış şəhərciyi – Distillery Winter Village  

distillery village

“Distillery Winter Village”də Santa və onun elflərini görə, müxtəlif əyləncələrə qatıla bilərsiniz

Distillery Winter Village (Distilleri Qış Şəhərciyi) Torontonun məşhur Milad bazarıdır. Distilleri Qış şəhərciyində size Torontonun ən məşhur yolka ağacı (şam ağacı), işıqlarla bəzədilmiş daş döşəməli küçələr, Santa və onun elfləri, küçələrdə Yeni il və Milad mahnıları oxuyan qruplar, şəkil çəkdirmək üçün saysız-hesabsız maraqlı yerlər, sənətkar satıcılar, yeməklər və içkilər, müxtəlif əyləncələr gözləyir. Burada mağazalar, restoranlar, kabinlər və bayram proqramları gündəlik qrafikə uyğun fəaliyyət göstərir.

Ünvan Mill Street & Parliament, Toronto (əsas giriş 55 Mill Street).

Distilleri Qış Şəhərciyi, milad günü istisna olmaqla yanvarın 4-dək hər gün səhər saat 10-dan axşam 10-a qədər açıqdır. Şəhərciyə giriş bəzi günlər və saatlar pulsuzdur.

3, 8, 9, 10 Dekabda bütün günü şəhərciyə giriş pulsuz olacaq. Qalan günlər isə giriş saat 16:00-a qədər pulsuz (bileti olmayanlar sözügedən saatdan sonra da qala bilərlər), ondan sonrakı saatlarda giriş edirsinizsə, bilet 15$-dır. 9 yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur. Bileti onlayn almaq lazımdır.

Yaxınlıqda məhdud sayda pullu parkinq var, buna görə ictimai nəqliyyatdan istifadə tövsiyə olunur.

Ətraflı məlumat üçün thedistillerywintervillage.com saytına daxil ola bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar