[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

E-velosiped sürücülərindən sığoralanmaq və sürücülük vəsiqəsi tələb edilə bilər

Ontario hökuməti 2009-cu ildə elektrovelosiped (e-velosiped) istifadəsini qanuniləşdirdikdən sonra onların sayı sürətlə artıb. Lakin şəhər rəhbərliyi bu nəqliyyat vasitələrinin istifadəsini tənzimləməkdə çətinlik çəkir. Şəhər şurasında tez-tez batareya yanğınları, sürət həddinin aşılması və təhlükəsizlik problemləri müzakirə olunur.

Son iki ay ərzində Ontario hökuməti e-velosipedlərlə bağlı qanunvericiliyi yeniləmək imkanlarını araşdırır. Mövzu bu həftə yenidən Toronto Şəhər Şurasının gündəminə çıxıb və hətta qarşıdan gələn mer seçkilərində müzakirə olunan məsələlərdən birinə çevrilib.

Ontario nəyi dəyişmək istəyir?

CBC-nin yazdığına görə, aprel ayında Ontario Nəqliyyat Nazirliyi e-velosiped qaydalarına dəyişikliklərlə bağlı ictimai rəy toplamağa başlayıb. Təklif olunan dəyişikliklərə görə, e-velosipedlər iki kateqoriyaya bölünəcək: Klass-1 və Klass-2

Kateqoriyalar velosipedin çəkisinə və enerji sisteminə əsasən müəyyən ediləcək. Bələdiyyələr hansı kateqoriyalı e-velosipedlərin harada istifadə ediləcəyinə özləri qərar verəcəklər.  Mopedə bənzər qapalı çərçivəli bəzi modellər isə sığorta və M kateqoriyalı sürücülük vəsiqəsi tələb edə bilər.

Toronto meri Olivia Çounun planına sertifikatsız litium-ion batareyalarının satışının qarşısının alınması və yaşayış binalarında təhlükəsiz e-bike saxlanması məsələlərinin araşdırılması daxildir.

Kuryerlər və satıcılar nə deyir?

Velosipedçilərin hüquqlarını müdafiə edən təşkilatlar və hüquqşünaslar kuryerlər üçün maarifləndirici seminarlar təşkil etməyə başlayıblar.

Toronto velosiped hüquqşünası David Şellnat bildirib ki, onlar tez-tez avtomobil qəzalarında xəsarət alan kuryerləri təmsil edirlər: “Bu insanlar təhlükəli qərarları səbəbsiz vermirlər. Onlar vaxtında çatdırılma etməyə və pul qazanmağa çalışırlar”.

Satıcılar da qaydaların yenilənməsini dəstəkləyir

Torontoda bir çox kuryeri e-velosipedlərələ təmin edən Movin Ebikes şirkətinin sahibi Parvaiz Nijrabi hesab edir ki, qaydaların yenilənmə vaxtı çoxdan çatıb. Onun sözlərinə görə, qanunlara uyğun satılan velosipedlər belə sonradan dəyişdirilərək daha yüksək sürətlə hərəkət edə bilir: “İstifadəçilər bu velosipedlərin proqram təminatını dəyişdirərək sürəti artırırlar və bunu nəzarətdə saxlamaq hazırda çox çətindir”.

Həkimlər narahatdır

Toronto şəhərindəki St. Michael’s Hospitalının təcili yardım şöbəsinin rəhbəri Dr. Stiv Lin bildirib ki, e-velosiped qəzalarının sayı artır: “Bu nəqliyyat vasitələrindən istifadə artdıqca xəsarət alanların sayı da artır. Bundan əlavə, e-velosiped sürənlərin adi velosipedçilərlə müqayisədə dəbilqədən daha az istifadə etdiyini görürük”.

O, Ontario hökumətinin e-velosipedləri kateqoriyalara bölmək və bəzi modellər üçün əlavə tələblər tətbiq etmək planını məntiqli addım kimi qiymətləndirib.

Bununla belə, Dr. Lin qeyd edib ki, əsas məqsəd e-bike-ları küçələrdən tamamilə çıxarmaq deyil, onların daha təhlükəsiz istifadəsini təmin etməkdir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar