[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Dünyanın ən yaxşı universitetlərinin siyahısı: Kanadadan 3 universitet ilk 100-lüyə düşüb

toronto Universiteti

Kanadanın üç universiteti dünyanın ən yaxşı 100 ali təhsil müəssisəsi sırasına daxil olub, onlardan biri isə ilk 20-likdə yer alıb.

ABŞ-ın “U.S. News & “World Report” tərəfindən açıqlanan 2026–2027-ci illər üçün “Dünyadakı ən yaxşı universitetlər” reytinqinə əsasən, Toronto Universiteti Kanadanın ən yaxşı universiteti seçilərək dünyada 20-ci yeri tutub.

Reytinqdə Toronto Universitetini ABŞ-ın Harvard Universiteti, Böyük Britaniyanın Oksford Universiteti və Çinin Tsinxua Universiteti kimi nüfuzlu ali məktəblər qabaqlayıb.

Araşdırma çərçivəsində 105 ölkədən 2 438 universitet qiymətləndirilib. Reytinq hazırlanarkən qlobal elmi nüfuz, nəşrlərin sayı, sitat göstəriciləri və beynəlxalq əməkdaşlıq kimi meyarlar nəzərə alınıb.

Toronto Universitetinin yüksək nəticə göstərməsində elmi məqalə və kitab nəşrlərinin sayı, həmçinin tədqiqatlarına verilən sitatlar mühüm rol oynayıb. Universitet bu göstəricilər üzrə dünyanın ilk 10 ali məktəbi arasında yer alıb.

Britaniya Kolumbiyası Universiteti (UBC) dünyanın ən yaxşı 50 universiteti siyahısına düşərək 42-ci yeri, Kanada üzrə isə 2-ci yeri tutub. Universitet xüsusilə kitab nəşrləri və elmi nüfuz sahələrində yüksək bal toplayıb.

McGill Universiteti isə qlobal reytinqdə 68-ci yerdə qərarlaşıb və Kanadanın üçüncü ən yaxşı universiteti seçilib.

Dünyanın ən yaxşı 20 universiteti (2026–2027)

Harvard Universiteti (ABŞ)

Massaçusets Texnologiya İnstitutu – MIT (ABŞ)

Stanford Universiteti (ABŞ)

Oksford Universiteti (Böyük Britaniya)

Kembric Universiteti (Böyük Britaniya)

Tsinxua Universiteti (Çin)

Kaliforniya Universiteti, Berkli (ABŞ)

Yale Universiteti (ABŞ)

University College London (Böyük Britaniya)

Kolumbiya Universiteti (ABŞ)

Kaliforniya Universiteti, Los-Anceles (UCLA)

Vaşinqton Universiteti (ABŞ)

Kornell Universiteti (ABŞ)

Imperial College London (Böyük Britaniya)

Prinston Universiteti (ABŞ)

Sinqapur Milli Universiteti

Johns Hopkins Universiteti (ABŞ)

Pensilvaniya Universiteti (ABŞ)

Pekin Universiteti (Çin)

Toronto Universiteti (Kanada)

Kanadanın ən yaxşı 10 universiteti

Toronto Universiteti (20-ci yer)

Britaniya Kolumbiyası Universiteti – UBC (42-ci yer)

McGill Universiteti (68-ci yer)

McMaster Universiteti (150-ci yer)

Alberta Universiteti (164-cü yer)

Montreal Universiteti (193-cü yer)

Vaterloo Universiteti (199-cu yer)

Kalgari Universiteti (208-ci yer)

Ottava Universiteti (264-cü yer)

Vestern Universiteti (309-cu yer)

Ümumilikdə reytinqə 39 Kanada universiteti daxil edilib.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar