Kanada immiqrasiya siyasətində yeni mərhələ: “nəzarətli artım” gündəmdə

Baş nazir Mark Karni bildirip ki, Kanadanın immiqrasiya sistemi yenidən nəzarət altına alındıqdan sonra əsas məsələ ölkə əhalisinin sayının “nəzarətli şəkildə artırılmasına” nə vaxt başlanacağıdır.

M.Karni bu fikirləri hökumətin növbəti üç il üçün immiqrasiya planını qanunla açıqlamalı olmasından bir qədər əvvəl, “The New York Times” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Kanadanın son üç federal immiqrasiya planında əsas diqqət pandemiyadan sonra əhalinin sürətlə artmasının ardından ölkəyə gələn insanların sayının azaldılmasına yönəlib.

Hökumət həmçinin illik müvəqqəti miqrantların sayına dair hədəflər müəyyənləşdirməyə başlayıb. Məqsəd 2024-cü ilin oktyabrında əhalinin 7 faizini keçən qısamüddətli işçilərin və tələbələrin sayını ölkə əhalisinin 5 faizinə qədər azaltmaqdır.

C.D. Howe İnstitutunun İmmiqrasiya Hədəfləri Şurası isə hökumətə növbəti üç il ərzində ölkəyə gələnlərin sayını daha da azaltmağı tövsiyə edir.

Şuranın tərkibinə immiqrasiya siyasətini araşdıran bir sıra tanınmış alimlər, keçmiş nazir müavini və Albertanın keçmiş baş naziri Ceyson Kenni daxildir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar