Halton Regional Polisi bildirir ki, sentyabrın 24-ü saat 14:20 radələrində bir qadın mobil telefon almaq üçün Burlington şəhərinin Freeman məhəlləsində, Treeland və Highland küçələrinin kəsişməsində potensial satıcı ilə görüşüb.
Məlumata görə, şübhəli şəxs telefonu “Facebook Marketplace”də satışa çıxarıb.
Görüş zamanı şübhəli şəxs qadına məxsus mobil telefonu qəfil əlindən götürərək hadisə yerindən qaçıb. Daha sonra şübhəli şəxs qadının telefonunu yerə ataraq qaçmağa davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Polisin məlumatına görə, şübhəli təxminən 17–20 yaşlarında boyu təqribən 5 fut 7 düym olan kişi olub.
Polis əhaliyə onlayn platformalarda alqı-satqı zamanı xüsusi olaraq müəyyən edilmiş təhlükəsiz görüş məntəqələrindən istifadə etməyi tövsiyə edir.