[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda 11 yaşlı uşaq yarasa ilə təmasdan sonra quduzluqdan vəfat edib

“Canadian Medical Association” jurnalının məlumatına görə, Ontarioda 11 yaşlı oğlan şimal bölgəsindəki kottecdə olarkən yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq həyatını itirib.

Məlumata görə, uşaq yuxudan oyananda yarasanın onun burnu və ağzının üzərində oturduğunu görüb və onu əli ilə uzaqlaşdırıb. Atası isə yarasanı tutaraq bayıra buraxıb.

Uşağın bədənində dişləmə və ya cızıq izi olmadığı üçün ailə tibbi yardım üçün müraciət etməyib.

Lakin iki həftədən çox vaxt keçdikdən sonra uşaqda üz nahiyəsində keyimə, udqunma çətinliyi, çaşqınlıq və hallüsinasiyalar kimi əlamətlər yaranıb.

Həkimlər sonradan onun quduzluğa yoluxduğunu təsdiqləyiblər. Mütəxəssislərin sözlərinə görə, quduzluğun simptomları ortaya çıxdıqdan sonra xəstəlik demək olar ki, həmişə ölümcül olur.

Səhiyyə mütəxəssisləri bildirirlər ki, yarasa ilə istənilən birbaşa təmas, hətta görünən dişləmə və ya cızıq olmasa belə, dərhal ictimai səhiyyə orqanlarına bildirilməlidir. Vaxtında tətbiq olunan peyvənd və anticisim müalicəsi xəstəliyin qarşısını ala bilər.

McMaster Uşaq Xəstəxanasının pediatrik infeksion xəstəliklər üzrə həkimi və hesabatın baş müəllifi Dr. Brayan Hummel bildirib ki, quduzluq virusunun inkubasiya dövrü adətən bir neçə həftə davam edir. Bu müddətdə aparılan profilaktik müalicə demək olar ki, hər zaman uğurlu nəticə verir: “Əgər quduzluğun simptomları başlayıbsa, xəstəlik demək olar ki, hər zaman ölümcül olur. Lakin simptomlar yaranmamışdan əvvəl profilaktik müalicə alınarsa, demək olar ki, bütün hallarda xəstəliyin qarşısını almaq mümkündür”.

Qeyd edək ki, hadisə 2024-cü ildə baş versə də, mediada yeni işıqlandırılıb.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar