[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həftəsonu Toronto və GTA-da gedə biləcəyiniz maraqlı məkanlar (30 Avqust – 1 Sentyabr)

Toronto Dragon Festival

Festival: Toronto Dragon Festival

Giriş: Ödənişsiz

Tarix: 30-31 Avqust (Şənbə, Bazar)

Zaman: 11:00-21:00

Ünvan: Nathan Phillips Square, 100 Queen St W, Toronto, ON

Tədbirdə sizi nə gözləyir?

  • Məşhur Black Myth: Wukong oyunundan sevilən obrazlar və Çin mifologiyasının əfsanəvi qəhrəmanı Nezha canlı performanslarda səhnəyə çıxacaq və meydanı canlı fantaziya aləminə çevirəcək. Bu əfsanəvi personajlarla şəkil çəkdirmək və qarşılıqlı ünsiyyətdə olmaq fürsətini qazanacaqsınız.
  • –Yüksək dirək üzərində şir və drakon rəqsləri .
  • Asiya küçə yeməkləri
  • Sehrli Luminati Night Light Show, gecə şəhər səmasını işıqlandıracaq
  • Su Şousu
  • Kanadada istehsal olunan ənənəvi və etnik dizaynları təqdim edən yüksək moda podium şousu
  • Mədəniyyət pavilyonları. Yerli xalqların, Asiya, Karib və digər dünya icmalarının rəngarəng çıxışları.

Toronto International Busker Festival

Festival: Toronto International Busker Festival

Giriş: Bir ailə üçün (Valideynlər və 4 uşaq) 20$ ianə

Tarix: 30-31 Avqust (Şənbə, Bazar)

Zaman: 12:00-22:00

Ünvan: Woodbine Park, 1695 Queen St. East, Toronto, ON

Tədbirdə sizi nə gözləyir?

Itlərin performansı, canlı musiqi, müxtəlif ölkələrin mətbəxi (yeməklər ödənişlidir), rəngarəng rəqslər, Family Fun Zone-da uşaqlar üçün maraqlı şoular və s.

Ailənizlə birlikdə gedə biləcəyiniz maraqlı festivaldır.

Bileti bu linkdən ala və festivalla ətraflı tanış ola bilərsiniz.

Persian Food and Music Festival

Festival: Fars yeməkləri və musiqisi festivalı

Giriş: Saat 18.00-a qədər ödənişsiz. 18.00-dan sonra böyüklər üçün giriş 5$

Tarix: 30-31 Avqust – 1 Sentyabr (Şənbə, Bazar, Bazar ertəsi)

Zaman: 11:00-22:00

Ünvan: Assembly Park, 80 İnterchange Wy, Richmond Hill, Ontario

Tədbirdə sizi nə gözləyir?

Canlı musiqi, rəqslər, fars yeməkləri, ailələr üçün əyləncə.

Cineplexdə 5$-a film izləmək

Giriş: Bir film 5$

Tarix: 30-31 Avqust (Şənbə, Bazar)

Zaman: cineplex.com saytından zamanınıza uyğun filmləri seçə bilərsiniz.

Ünvan: Kanada üzrə bütün Cineplex Kinoteatrlarında

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp