[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“O olmasın, bu olsun” Toronto səhnəsində: 700-ə yaxın tamaşaçı izlədi

Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının təşkilatçılığı ilə hazırlanan tamaşa anşlaqla keçdi

Ötən həftəsonu Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının (TAMDE) təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” (Məşədi İbad) operettası ilk dəfə Kanadanın Toronto şəhərində professional səhnədə tamaşaya qoyuldu. Anşlaqla keçən tamaşanı seyrçilər ayaq üstə dayanmadan alqışladılar. İstedadlı sənətçilərin canlandırdığı klassik əsər tamaşaçılara yaddaqalan bir axşam bəxş etdi.

Qeyd edək ki, Azərbaycan musiqili operalarının səhnələşdirilməsi ideyası ansamblın təsisçilərindən biri Şervin Şadpur tərəfindən irəli sürülüb. Ş.Şadpur  notların hazırlanması, xorun təlimi və idarəçiliyini, həmçinin tamaşanın rejissorluğunu öz üzərinə götürüb. Musiqi qrupunun rəhbəri Polad Kəşəf, rəqs kollektivinin quruluşçu rejissoru isə Ramin Şadpur və Aylin Kəşəfdir.

Yeni quruluşda təqdim edilən teatr layihəsi film və canlı ifaların birləşməsindən ibarətdir. Layihəyə Şervin Şadpur, Nəsrin Əttari və TAMDE-nin idarə heyəti rəhbərlik edir.

Tamaşada əsas rolların ifaçıları:

Məşədi İbad – Rövşən Tağıoğlu

Sərvər – əməkdar artist Həsən Ənəmi

Gülnaz – Səhər Şərifian

Rüstəm bəy – Məhəmməd Peyğəmbəri

Hambal – Nasir Gözərçiyamin

Qoçu Əsgər – Məhəmməd Kəsbi

Rza bəy – Bəhzad Bolandi

Həsənqulu bəy – Vahid Əttari

Məşədi Qəzənfər – Səid Şirazi

Sənəm – Pərvin Razi

Qeyd edək ki, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı 2003-cü ildə yaradılıb. Missiyası Azərbaycan musiqisini, rəqsini və mədəniyyətini vətəndən uzaqlarda yaşatmaq və kanadalılara tanıtmaqdır.

Fotoların müəllifi: Siavaş Həqiqi

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar