[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Həmyerlimizdən “The Backyard Farmer” komandasına 5 saatlıq milli mətbəx dərsi

Azerbaycan Kanada

Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (AWSC) fəal üzvü, 25 ildir Kanadada yaşayan və səhiyyə sistemində administrativ vəzifədə çalışan Aybəniz Abdullayeva ötən həftə Sarnia şəhərindəki bağında “The Backyard Farmer”in “Sofra” adlı layihəsində iştirak edib.

A.Abdullayeva Azərbaycan milli mətbəxini öyrənmək istəyən kanadalılara yeməklərimizi nümayiş etdirməklə yanaşı, həm də bişirilmə qaydasından tutmuş, yaranma tarixi, adına qədər hər bir şeyi detallı izah edib. Bu işdə ona ailə üzvləri də kömək edib.

A.Abdullayeva bizimlə söhbətində bildirdi ki, əslində sözügedən layihə 2 saat davam edir və qonaqlara cəmi bir yeməyin bişirilməsi öyrədilir: “Amma bizdə bu proses 5 saata yaxın çəkdi. Mən bir yeməklə kifayətlənmədim. Kanadalılara göyərti, ət və balqabaq qutabının, badımcan dolmasının bişirilmə, qazmaxlı, zəfəranlı düyünün süzülmə qaydasını, çoban salatının hazırlanmasını göstərdim. Hətta kiminsə vegeterian ola biləcəyini düşünüb badımcanlardan bir neçəsinin içərisinə ləvəngi qoydum. Həmçinin samovarda çay qaynatdıq və Azərbaycan çayının dəmlənmə üsulunu öyrətdim. Onlara niyə armudu stəkandan istifadə etdiyimizi və şirniyyatı niyə çayla içdiyimizi izah etdim.  Hər şeyin Azərbaycanla bağlı olmasına çalışdım. Çay belə “Azərçay”ın idi”.

Müsahibimiz bildirdi ki, qonaqlar bütün yeməkləri xoşladılar və hamısını təəccüb və həvəslə həm izlədilər, həm də özləri təcrübədən keçirdilər: “Xəmiri hazırlamaq, göyərti qutabı üçün yaymaq, içərisini doldurub kənarlarını bağlamaq, bişirmək və yağlayaraq süfrəyə vermək, badımcan dolmalarının içərisini doldurmağa qədər hər bir detalı layihə iştirakçıları özləri təcrübədən keçirdilər”.

Qeyd edək ki, layihənin davam etdiyi 5 saat müddətində bütün proses Azərbaycan musiqiləri ilə müşayiət olunub.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar