[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Albalı çiçəklərinin mövsümü başladı – High Parkdan FOTOLAR

Albalı çiçəklərinin qısa sürən mövsümü ötən həftə sonu – mayın 3-də başladı. High Park Təbiət Mərkəzindən verilən məlumata görə, çiçəklər açıldıqdan sonra hava şəraitindən asılı olaraq 4-10 gün ərzində qalır: “Sərin və sakit hava çiçəklənmə müddətini uzada, isti və qeyri-sabit hava isə onu qısalda bilər”.

“Sakura Watch”un proqnozlarına görə, albalı çiçəklərini təxminən mayın 9-dək görmək mümkün olacaq.

Biz də təbiətin bu möcüzəsini yaxından izləmək üçün həftəsonu High Parkd (ünvan: 1873 Bloor St. W.) yollandıq.

Onu da qeyd edək ki, High Park yalnız albalı çiçəklərini seyr etmək üçün deyil, həm də uşaqlar üçün əyləncəli məkandır. Parkdakı göldə ququşu, ördək, yaşılbaş sona və digər quşları görmək mümkündür. Eyni zamanda, uşaqlar üçün attraksionlardan ibarət ödənişsiz əyləncə yeri və kiçik zoopark var. Parkda ocaq qalayaraq nəsə bişirməyə icazə olmasa da, altınıza bir şeylər açıb evdən gətirdiyiniz yeməkləri nuş edə bilərsiniz.

Albalı çiçəklərini görmək üçün High Parkdan başqa, Toronto və ətrafındakı digər parklarla bu linkdən tanış ola bilərsiniz.

Sakura çiçəklərini ziyarət etmək üçün ən gözəl zaman insanların çox olmadığı vaxt həftəsonu səhər tezdən, yaxud həftəiçidir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar