[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Albertada Kanada-ABŞ münasibətlərini araşdıracaq yeni tədqiqat mərkəzi açılır

Alberta hökuməti Kanada və ABŞ arasındakı siyasi və iqtisadi münasibətləri araşdıracaq yeni tədqiqat mərkəzi açır. ABŞ prezidenti Donald Trampın ticarət müharibəsi və Kanadanın 51-ci ştat olması ilə bağlı ritorikası iki ölkə arasında əvvəllər mövcud olan yaxın münasibətləri sarsıtdığı üçün Alberta hökuməti bu dinamikanı araşdırmaq məqsədilə yeni bir tədqiqat mərkəzi açır.

“Yeni Şimali Amerika Təşəbbüsü”, Kalqari Universitetinin İctimai Siyasət Məktəbinin rəhbərliyi ilə həyata keçiriləcək və üç il ərzində əyalət hökumətindən 6,5 milyon dollar maliyyə alacaq. Bu təşəbbüsdə həm Kanadadan, həm də ABŞ-dan ali təhsil müəssisələri yeni Kanada-ABŞ münasibətləri kontekstində təcrübə və biliklərini bölüşəcəklər.

Alberta baş naziri Danielle bildirib ki, son aylar münasibətlərimizin çətin mərhələdən keçdiyi heç kimə sirr deyil: “Gərginlik yüksək həddə olsa da, aydın deməliyik ki, bu əlaqələr hələ bitməyib.”

Yeni təşəbbüs təkcə tədqiqat aparmaqla kifayətlənməyəcək, həm də tələbələrə dövlət, özəl və vətəndaş cəmiyyətində işləmək üçün lazım olan bilik və təcrübə qazandıracaq. Təşəbbüsə Alberta Universiteti, Lethbridge Universiteti, Kolorado Universiteti və Nebraska Universiteti də qoşulub.

Kalqari Universitetinin İctimai Siyasət Məktəbinin direktoru Martha Hall Findlay mətbuat açıqlamasına görə, Kanada-ABŞ münasibətlərindəki böhran göstərdi ki, ənənəvi siyasətlərimiz və ABŞ-ın federal və ştat səviyyəsindəki qurumları ilə işləmə üsulu kifayət deyil: “Bizə yeni yanaşmalar və yeni düşüncə tərzi lazımdır. Həm Kanadadan, həm də ABŞ-dan bu sahədə yeni səs və ideyalar ortaya çıxmalıdır”.

Yeni Şimali Amerika Təşəbbüsü yalnız Tramp administrasiyasının dörd illik dövrü ilə məhdudlaşmayacaq. Kalqari Universitetinin Beynəlxalq Siyasət direktoru Karlo Dade bildirib ki, təşəbbüs ABŞ-da gələcəkdə baş verəcək dəyişiklikləri də əhatə edəcək.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar