[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Amerika ilə Kanada arasındakı yeni körpü bu gün istifadəyə verildi

Aylarla çəkən maliyyə məsələləri ilə bağlı mübahisələrin ardından Qordi Hau Beynəlxalq Körpüsü (Gordie Howe International Bridge) bu gün rəsmi olaraq avtomobillərin istifadəsinə verilib.

Piyadalar və velosipedçilər üçün nəzərdə tutulan çoxməqsədli keçidin isə 5 avqustda istifadəyə verilməsi gözlənilir.

Körpünün rəsmi açılışından əvvəl ilk keçid hüququ əfsanəvi kanadalı hokkeyçi Qordi Haunun ailəsinə verilib.

Tramp körpünün açılışı ilə bağlı etiraz etmişdi

ABŞ Prezidenti Donald Tramp bu ilin fevralında sosial şəbəkədə yazmışdı ki, körpünün açılmasına razılıq verməzdən əvvəl ABŞ-a kompensasiya ödənilməlidir.

O, 6,4 milyard Kanada dollarına başa gələn və Ontario ştatının Vindzor şəhərini ABŞ-ın Detroyt şəhəri ilə birləşdirən körpünün demək olar ki, heç bir Amerika məhsulu istifadə edilmədən tikildiyini iddia etmişdi.

Bundan sonra Kanada gəlirlərin bölüşdürülməsi ilə bağlı müəyyən dəyişikliklər etməyə razılaşıb.

ABŞ-la birgə açılış mərasimi ləğv edildi

Kanada ötən həftə körpünün açılışı münasibətilə rəsmi mərasim keçirsə də, ABŞ-la planlaşdırılan birgə tədbir Vaşinqtonun Kanada məhsullarına yeni tariflər tətbiq etmək hədəsi səbəbindən ləğv olunub.

Kanada-ABŞ ticarəti üçün strateji əhəmiyyət daşıyır

Detroyt çayı üzərində inşa edilən yeni körpünün Kanada ilə ABŞ arasında ticarət, məşğulluq və turizmin inkişafında mühüm rol oynayacağı gözlənilir.

İş adamlarının sözlərinə görə, yeni 6 hərəkət zolaqlı körpü yükdaşımaları daha sürətli və daha ucuz edəcək.

Körpünün tikintisi 8 il idi ki davam edirdi. Layihənin tamamlanması isə COVID-19 pandemiyasının yaratdığı qlobal ləngimə səbəbindən bir neçə il uzanıb.

Ödəniş tarifləri

Körpü Ontariodakı (Kanada) Highway 401 ilə Miçiqandakı (Amerika)  Interstate 75 arasında birbaşa avtomobil yolu bağlantısı yaradacaq. Qeyd edək ki, təxminən 100 il ərzində Detroyt istiqamətində yük maşınlarının keçidi üçün yeganə marşrut özəl mülkiyyətdə olan Ambassador Bridge olub.

Minik avtomobilləri üçün tariflər

Yeni körpüdən keçən minik avtomobillərinin sürücüləri hər keçid üçün 8 Kanada dolları ödəyəcəklər. Breakaway proqramına qoşulanlar üçün 25 faiz endirim tətbiq olunacaq və ödəniş 6 Kanada dollarına düşəcək.

Bu proqram həmçinin xüsusi cihazla təchiz olunmuş avtomobillərin ödəniş zolaqlarından sürətlə keçməsinə imkan verir. Ödənişlər bir neçə saniyə ərzində avtomatik tutulur.

Kommersiya nəqliyyatı üçün tariflər

Kommersiya nəqliyyat vasitələri də Breakavay proqramı vasitəsilə endirim əldə edə biləcək.

Standart tarif: hər ox üçün 12 Kanada dolları (8.75 ABŞ dolları)

Endirimli tarif: hər ox üçün 9.60 Kanada dolları (6.90 ABŞ dolları)

Müqayisə üçün, Ambassador Bridge hazırda hər ox üçün 20 ABŞ dolları, elektron keçid istifadə edənlər üçün isə 15 ABŞ dolları tələb edir.

Bizneslər üçün imkanlar

Şirkətlər üçün əvvəlcədən ödəniş hesabları da mövcuddur və qeydiyyat artıq açıqdır. Maraqlanan şirkətlər sərhədin hər iki tərəfində keçiriləcək təqdimat tədbirlərində iştirak edə bilərlər.

Digər keçidlərlə müqayisə

Yeni keçidin hazırda minik avtomobilləri üçün təxminən 14 dollara başa gələn Ambassador Körpüsü ilə birbaşa rəqabət aparacağı gözlənilir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar