Bu həftəsonu getmək üçün maraqlı yer axtarırsınızsa, aşağıdakı ünvanlar sizin üçündür.
-
Allan Gardens – Torontonun mərkəzində (Ödənişsiz)
Ünvan: 19 Horticultural Ave, Toronto
Tarix: Hər gün
Saat: 10am-5pm
Ətraflı bu linkdən məlumat əldə edə bilərsiniz.
2. Kanadanın Milli Balet Məktəbindən ödənişsiz şənlik
Ünvan: 400 Jarvis Street, Toronto (Balet Məktəbinin kampusu)
Tarix: 31 may
Saat: 11 am – 5 pm
Sizi nə gözləyir?
Kanadanın Milli Balet Məktəbinin (NBS) illik Blok Partisi tədbirində minlərlə insanla birlikdə rəqs edin.
NBS Blok Partisi, Torontodakı hər kəsə rəqsin sevincini və sehrini hiss etdirmək üçün unikal bir fürsət təqdim edir. Proqramda hər yaş və bacarıq səviyyəsi üçün rəqs ustad dərsləri, canlı DJ musiqisi, oyunlar və ailələr üçün festival əyləncələri yer alacaq! Daha ətraflı bu linkdən öyrənin.
-
Liberty Vilage Art Crawl (Ödənişsiz)
Ünvan: The Bentway, 250 Fort York Blvd
️Tarix: 31 may
Zaman: 12 pm – 6 pm
Ne olacaq?
180-dən çox sənətçi yalnız 31 Mayda sənət, dizayn, canlı musiqi, interaktiv nümayişlər, ləzzətli yeməklər və daha nələr-nələr sizi gözləyir!
Əgər sənət əsərləri, fotoqrafiya, heykəllər, zinət əşyaları, moda, ev dekoru, dəriyə qulluq məhsulları və digər unikal əşyalar axtarırsınızsa – bu bir günlük yarmarkanı qaçırmayın!
Tədbirdə həmçinin dadlı yeməklər təqdim edən satıcılar və DJ Kid Artik çıxış edəcək! Alış-veriş edərkən rəqs etməyə hazır olun!
-
Barkham Festival 2025 – York regionunun ən böyük İt Festivalı
Ünvan: Markham Muzeyi, 9350 Markham Road, Markham
Tarix:️ 31 may – 1 iyun
Saat: 11 am – 6 pm
️ Bilet almaq qaydaları:
- Hər iştirakçı üçün 1 bilet (17$-dan başlayır)
- İtlər və 10 yaşadək uşaqlar bileti olan şəxslərlə pulsuz iştirak edir
- 65 yaşdan yuxarı şəxslər – pulsuz
Bileti bu linkdən ala bilərsiniz.
Sizi nə gözləyir?
- Barkham Cafe – İnsanlar üçün nəzərdə tutulmuş itlərlə bağlı kafe
- Barkville Mall – 75+ yerli və itlərlə bağlı satış köşkü
- Barkham Bar & Bites – Pivə, şərab və qəlyanaltılar
- Cins və qarışıq itlərin görüşləri – qrup şəkli
- Chill Zone – Dincəlmək, su içmək və alma bağı boyunca gəzmək
- Doggy pawlimpics – Məşq zolağı, çeviklik oyunları, iyləmə testləri və canlı nümayişlər
- Ailəvi əyləncə zonası – Mini golf və ailə üçün oyunlar
- Art zonası – Keramika dərsləri, nişan düzəltmə və yerində fərdi dizayn xidmətləri
- Toy Foto Kabini – “Yeni evlənmişik”, “Gül qızı” və “Üzük daşıyan” itlər üçün peşəkar şəkillər
- Pulsuz parkinq
5. Latın Festivalı (Ödənişsiz)
Ünvan: Nathan Phillips Square, 100 Queen Street W.
Tarix:️ 31 may – 1 iyun
Zaman: 12 pm – 9 pm
Ne olacaq?
Canli Musiqi
Uşaqlar üçün guşə
Yemək (ödənişli)