Yaxın Şərqin dadı (Taste of the Middle East)
Festival: Taste of the Middle East
Giriş: Ödənişsiz
Tarix: 5-6 İyul (Şənbə və Bazar günləri)
Zaman: 11:00-21:00
Məkan: Nathan Phillips Square
Ünvan: 100 Queen St W, Toronto,
Şəhər/Əyalət: Toronto, Ontario
Tədbirdə sizi nə gözləyir?
Yaxın Şərqin bir-birindən maraqlı rəqsləri, musiqisi, yeməkləri və incəsənəti bu tədbirdə sizi gözləyir.
Ailənizlə birlikdə gedə biləcəyiniz rəngarəng, mədəniyyət dolu bir məkandır.
Clair küçəsində Salsa
Festival: Salsa
Giriş: Ödənişsiz
Tarix: 5-6 İyul (Şənbə & Bazar)
Zaman: 11:00-23:00
Ünvan: 764 St. Clair Ave. West, Toronto
Şəhər/Əyalət: Toronto, Ontario
Tədbirdə sizi nə gözləyir?
St. Clair küçəsindəki Salsa sadəcə yemək yeyib şou izlədiyiniz bir festival deyil. Burada fasiləsiz rəqslər size gözləyir. Həm rəqs edənlərə baxa, həm də özünüz də rəqsə qoşula bilərsiniz. Bu küçə festivalı Kanadanın ən isti salsa şənliyidir – beynəlxalq səviyyəli Latın musiqisi, orijinal mətbəx və Latın mədəniyyətinin sevərləri üçün unudulmaz bir gün olacaq.
Enerjili, pulsuz rəqs dərsləri
Canlı çıxışlar
Bütün gün boyu rəqslər – səhərdən gecəyə qədər!
Rəqs etməyi sevənlər üçün maraqlı tədbirdir.
Queen küçəsində Latın musiqisi
Festival: Latin musiqisi
Giriş: Ödənişsiz
Tarix: 5 İyul, 2 Avqust, 30 Avqust (Şənbə)
Zaman: 18:30-22:30
Məkan: Hespeler Village
Ünvan: 5 Queen St E, Cambridge
Şəhər/Əyalət: Cambridge, Ontario
Tədbirdə sizi nə gözləyir?
Bu pulsuz küçə rəqsi tədbiri salsa, baçata və merengue musiqisi ilə dolu əyləncə üçün nəzərdə tutulub.
Burada hər kəsin qatılıb musiqidən zövq ala biləcəyi dostyana və inklüziv mühit var – istər Latın icmasının üzvü olun, istər rəqs həvəskarı, istərsə də sadəcə əylənmək istəyən biri – Queen Latin Music tədbirləri sizin üçündür!