[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Avqust ayı ərzində uşaqlar və yaşlılar üçün Torontodakı adalara bərə bileti pulsuz olacaq

Toronto Şəhər Bələdiyyəsi bildirib ki, avqust ayı ərzində uşaqlar və yaşlılar üçün Toronto adalarına bərə biletləri pulsuz olacaq. Bələdiyyənin açıqlamasına görə, bu təşəbbüs torontoluların birlik göstərərək Billy Bishop Hava Limanının genişləndirilməsi planına qarşı çıxaraq su sahilinin qorunması və istəklərinə nail olması münasibətilə həyata keçirilir.

Olivia Çou, layihə elan olunduğu gündən etibarən Billy Bishop Hava Limanının reaktiv təyyarələr üçün genişləndirilməsi planına qarşı çıxırdı. İctimai etirazlar və federal hökumətin planı rədd etməsindən sonra layihə bu ayın əvvəlində dayandırılıb.

Mer Olivia Çou bildirib: “On minlərlə torontolu öz səsini ucaltdı və federal hökumət onları dinlədi. Bu təşəbbüs onlara təşəkkür etməyin kiçik bir yoludur. Eyni zamanda daha çox insanın adalara səfər etməsinə və bu məkanın nə üçün bu qədər dəyərli olduğunu öz gözləri ilə görməsinə imkan yaradacaq”.

Foto: Patrick Morrell/CBC

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar