[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yeni endirim proqramı kanadalıları yenidən Nyu-Yorka cəlb etməyi hədəfləyir

Kanadalı turistləri yenidən Nyu York şəhərinə cəlb etmək məqsədilə “NYC Tourism + Conventions” təşkilatı şəhər üzrə xüsusi endirim proqramına başlayır. Proqram çərçivəsində hotellər, restoranlar və turistik məkanlarda endirimlər təqdim olunacaq.

“NYC’s Northern Neighbour Deal” adlı kampaniya 18 avqust – 7 sentyabr tarixlərini əhatə edəcək və 40-dan çox hoteldə endirimlər təklif edəcək.

Proqrama həmçinin 9 məşhur Brodvey tamaşası qoşulub. Bunlar arasında: “Chicago”, “The Book of Mormon”, “Aladdin” və digər məşhur tamaşalar yer alır.

Bundan əlavə, Porter Airlines da kampaniyaya qoşularaq Kanadanın müxtəlif şəhərlərindən Nyu-Yorka uçuşlara avqustdan dekabrın ortalarınadək 20 faiz endirim tətbiq edəcək.

C.Koker bildirib ki, proqram çərçivəsində təklif olunan məkanlar üçün rezervasiyalar 4 avqustdan başlayacaq. Onun sözlərinə görə, son illərdə Nyu-Yorka gələn kanadalı turistlərin sayı azalıb. 2019-cu ildə şəhərə təxminən 1 milyon kanadalı səfər etmişdi. Hazırda isə bu rəqəm 800 mindən bir qədər çoxdur. Bununla belə, C.Koker qeyd edib ki, 2026-cı ildə turist sayında yenidən artım müşahidə olunur.

ABŞ ilə Kanada arasında davam edən ticarət gərginliyi bir çox kanadalının səyahət xərclərini ölkə daxilində etməsinə səbəb olub. Bir çox turist yerli iqtisadiyyatı dəstəkləmək məqsədilə Kanadada istirahət etməyə üstünlük verir.

C.Koker vurğulayıb ki, kanadalı turistlərlə həmişə çox yaxşı münasibətləri olub: “Bilirik ki, bu, uzunmüddətli münasibətdir”.

Nyu-York turizmdə azalma fonunda kanadalıları geri qaytarmaq üçün endirim kampaniyası həyata keçirən ilk şəhər deyil. Yanvarda Las-Veqasdakı üç hotel kanadalıları cəlb etmək üçün Kanada dollarını ABŞ dolları ilə eyni məzənnədə qəbul etməyə başlamışdı, may ayında isə ABŞ-ın Buffalo Bisons beysbol komandası kanadalı azarkeşlər üçün endirimli bilet kampaniyası təqdim etmişdi.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar