[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada Mərkəzi Bankı: iqtisadiyyat və maliyyə sistemi yeni təhlükə ilə üz-üzədir

Kanada Mərkəzi Bankı bu gün bildirib ki, ABŞ-ın başladığı ticarət müharibəsinədək kanadalı ailələr və bizneslər üçün ümumi maliyyə mənzərəsi çox yaxşı idi. Bu ilin əvvəlində ev təsərrüfatlarının borc səvyyəsi gəlirləri ilə müqayisədə ötən ilə nisbətən daha az idi, bizneslərin iflasla bağlı müraciətləri isə azalmışdı.

Kanadanın iqtisadiyyatı və maliyyə sistemi yeni bir təhlükə ilə üz-üzədir

Mərkəzi Bankın sədri Tiff Maklem hesabatla bağlı açıqlamasında bildirib ki, son illər ölkənin maliyyə sistemi görünməmiş şoklarla üzləşdi və buna baxmayaraq dayanıqlı olduğunu sübut etdi. Lakin Macklem əlavə edib ki, ABŞ-ın səbəb olduğu ticarət müharibəsi ümumi riskləri artırır: “Kanadanın iqtisadiyyatı və maliyyə sistemi yeni bir təhlükə ilə üz-üzədir. Tariflər və qeyri-müəyyənliklər qlobal iqtisadi artım perspektivlərini kəskin şəkildə azaldıb. Uzunmüddətli ticarət müharibəsi Kanada iqtisadiyyatı üçün ən böyük təhdiddir”.

İpoteka ödənişlərinin gecikdirilməsi riski

Bank bildirir ki, tariflərin necə inkişaf edəcəyi barədə böyük qeyri-müəyyənlik var. Əgər tariflər qalıcı olarsa, kanadalıların ipoteka ödənişlərini gecikdirmə riski son onilliklərin ən yüksək səviyyəsinə çata bilər.

Bankın qeyd etdiyi ssenariyə görə, uzunmüddətli ticarət müharibəsi ipoteka borclarında gecikmələri 0.5%-dən yuxarı qaldıra bilər. Bu, 2008–2009-cu illər qlobal maliyyə böhranındakından daha yüksək, lakin hələ də 1990-cı illərdəki 0.6%-dən aşağıdır.

Dövlət dəstəyi təsiri azalda bilər, amma bu dəstəklərin nə qədər və kimə veriləcəyi hələ bəlli deyil.

İşsizlik 9,2 faizə çata bilər

Beynəlxalq Valyuta Fondu (IMF) daha kəskin ssenarini simulyasiya edərək göstərib ki:

ÜDM 5.1% azala,

İşsizlik 9.2%-ə çata,

Evlərin qiyməti 26% düşə,

Səhm bazarları isə 36% düşə bilər.

Bank bildirir ki, bu proqnozlar ilin əvvəlindəki nisbətən müsbət mənzərədən kəskin fərqlənir.

İpotekalar və faiz dəyişikliyi

2024-cü ildə faiz dərəcələrinin sürətlə aşağı düşməsi nəticəsində ipoteka ödənişlərinin artımı əvvəlki qorxulardan az olacaq: 2025-ci ildə təxminən 8%, 2026-cı ildə isə 5% artım gözlənilir. Bu göstəricilər keçən ilin hesabatındakı 14% və 11% proqnozlarından xeyli aşağıdır. Əlavə olaraq, 2024-cü ilin sonunda borcun gəlirlərə nisbəti 173% olub, 2023-cü ilin sonunda bu 179% idi.

Kredit kartları və avtomobil kreditlərində gecikmələr artıb

İpoteka olmayan ailələrdə (kirayədə qalanlar və ya borc kartı istifadəçiləri) təzyiq artır. Kredit kartı və avtomobil kreditlərində 60 gündən çox gecikmələr artıq pandemiyadan əvvəlki səviyyəni keçib.

Ümumi risklər və ehtiyatlılıq

Macklem bildirib ki, hələ də çox sayda qeyri-müəyyənlik var: “Hansı tariflərin qalacağı, artıb-azalacağı və ya bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Bu isə riskləri öncədən proqnozlaşdırmağı çox çətinləşdirir”.

Bank əlavə edir ki, ticarətə həssas sahələrə və bölgələrə verilmiş kreditlər bank aktivlərinin təxminən 15%-ni təşkil edir. Amma iqtisadi yavaşlama geniş miqyasda zərbə vura bilər. Kanada bankları isə kapital ehtiyatlarına görə daha hazırlıqlıdır.

Foto: Justin Tang /The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar