[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada 5.8 milyon insan əməliyyat, müayinə və ixtisaslı həkim qəbulu üçün növbədədir

Bu həftə “SecondStreet.org” adlı analitik mərkəz tərəfindən dərc edilən araşdırmaya görə, tibbi prosedurlar üçün növbədə gözləyən kanadalıların sayı artır.

Hesabatda göstərilir ki, təxminən 3,7 milyon kanadalı əməliyyat, diaqnostik müayinə və ya ixtisaslı həkim qəbulunu gözləyir. Lakin əyalətlərin tam məlumat təqdim etməməsi səbəbindən bu rəqəmin əslində 5,8 milyona yaxın ola biləcəyi ehtimal edilir.

 “SecondStreet” in kommunikasiya direktoru Dom Lucyk ctvnews.ca-ya bildirib ki, kanadalılar artıq işləməyən bir sistemə sahib olmaqdan, lazım olan tibbi yardımı ala bilməməkdən və buna görə minlərlə dollar vergi ödəməkdən yorulublar.

Əməliyyat üçün gözləyənlərdən biri də Kathi Holdingdir. Kathinin həkimə müraciət etməsindən təxminən 2 il sonra – 2026-cı ilin yanvarında bud oynağı əvəzlənəcək.  Sadə işlər – çay dəmləmək və ya ərzaq almaq belə Holding üçün çox çətindir. O deyir ki, yeni bud oynağı üçün gözləmək onu həyatının bir çox tərəflərini dəyişməyə məcbur edib: “Məndə məyusluq və depressiya səviyyəsi çox yüksəlib. Mənim üçün depressiya əsas problemdir. Məhdudiyyətlərini qəbul etmək… Bütün bunlar iki ildir davam edən qarışıqlığın bir hissəsidir”.

Kanada Sağlamlıq Məlumatları İnstitutuna (CIHI) görə, artan tələbi qarşılamaq üçün daha çox planlı əməliyyatlar icra olunur. 2024-cü ildə 2019-cu illə müqayisədə Kanadada 26% daha çox bud oynağı dəyişdirilməsi, 21% daha çox diz oynağı dəyişdirilməsi, 11% daha çox katarakta əməliyyatı, 7% daha çox xərçəng əməliyyatı və 16% daha çox MRT və KT müayinəsi aparılıb.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp