[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadanın ən uzun asma piyada körpüsü

Kanadada təbiət həvəskarlarına və macəra axtaranlara daha bir ünvanı təqdim edirik: Eagle Canyon Adventures, ölkənin ən uzun asma piyada körpüsünə ev sahibliyi edir.

Bu nəhəng körpü kanyonun üzərində təxminən 183 metr uzanır və 46 metr yüksəklikdə yerləşir. Qonaqların daha çox həyəcan yaşaması üçün ərazidə 91 metr uzunluğunda və 38 metr hündürlüyündə ikinci bir körpü də mövcuddur.

Ziyarətçilər körpülərdən keçərək yalnız həyəcanlı anlar yaşamır, eyni zamanda aşağıda uzanan bulaq suyu ilə qidalanan gölün və kanyonun möhtəşəm təbiət mənzərəsinin şahidi olurlar. Ərazidə gəzinti yalnız bununla bitmir. Qonaqlar nərdivanla kanyonun dibinə enərək meşə cığırları ilə dolu ətrafı araşdıra, gölün sahili boyunca gəzintiyə çıxaraq tam tur edə bilərlər.

Eagle Canyon Adventures yaşlı və fiziki məhdudiyyətli şəxsləri də unutmur – pulsuz servis xidməti ilə rahat və əlçatan bir təcrübə təqdim olunur. Ərazidə piknik sahələri, gpzəl mənzərəli ərazilər, eləcə də suvenir və qəlyanaltı mağazası fəaliyyət göstərir.

Bu mövsümi turizm məkanı 20 may – 15 oktyabr tarixləri arasında həftənin yeddi günü, saat 10:00-dan 18:00-a qədər açıq olur.

Ünvan: 275 Valley Road, Dorion, Ontario
Əlaqə: (807) 355-3064

Giriş qiymətləri belədir:

  • Böyüklər üçün 23 CAD
  • 4–8 yaşlı uşaqlar üçün 13 CAD
  • 4 yaşdan kiçik uşaqlar üçün isə pulsuzdur

Thunder Bay şəhərindən cəmi 45 dəqiqəlik məsafədə yerləşən Eagle Canyon yay fəslində  turistlər üçün ideal tətil məkanı sayılır.

 

 

 

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar