[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“O olmasın, bu olsun” ilk dəfə Kanada səhnəsində oynanılacaq (FOTOLARLA)

o olmasın bu olsun

Biletlər satışdadır

Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblının (TAMDE) təşkilatçılığı ilə 2025-ci il sentyabrın 13-də dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” (Məşədi İbad) operettası ilk dəfə Kanadada professional səhnədə tamaşaya qoyulacaq.

Tamaşa: “O Olmasın Bu Olsun”

Məkan: Richmond Hill Centre for the Performing Arts, 10268 Yonge St, Richmond Hill, Ontario

Tarix: 13 Sentyabr

️ Zaman: 18:30

Bilet: 40$-100$

Biletləri eventtop.ca saytından əldə edə bilərsiniz.

Sizi nə gözləyir:

İstedadlı sənətçilərin canlandırdığı bu klassik əsər sizə yaddaqalan bir axşam bəxş edəcək. Bu unudulmaz gecədə Azərbaycan musiqi və teatr sənətinin incisini canl izləmək fürsəti əldə edəcəksiniz.

Əsas rolların ifaçıları:

Məşədi İbad – Rövşən Tağıoğlu

Sərvər – əməkdar artist Həsən Ənəmi

Gülnaz – Səhar Şərifian

Rüstəm bəy – Məhəmməd Peyğəmbəri

Hambal – Nasir Gözərçiyamin

Qoçu Əsgər – Məhəmməd Kəsbi

Rza bəy – Bəhzad Bolandi

Həsənqulu bəy – Vahid Əttari

Məşədi Qəzənfər – Səid Şirazi

Sənəm – Pərvin Razi

Qeyd edək ki, Azərbaycan musiqili operalarının səhnələşdirilməsi ideyası ansamblın təsisçilərindən biri Şervin Şadpur tərəfindən irəli sürülüb. Ş.Şadpur  notların hazırlanması, xorun təlimi və idarəçiliyini, həmçinin tamaşanın rejissorluğunu öz üzərinə götürüb. Musiqi qrupunun rəhbəri Polad Kəşəf, rəqs kollektivinin quruluşçu rejissoru isə Ramin Şadpur və Aylin Kəşəfdir.

Yeni quruluşda təqdim edilən teatr layihəsi film və canlı ifaların birləşməsindən ibarətdir. Layihəyə Şervin Şadpur, Nəsrin Əttari və TAMDE-nin idarə heyəti rəhbərlik edir.

Təbriz Ansamblının xor qrupu polifonik xor əsərlərini ifa edəcək, rəqs qrupu isə hamam və toy səhnələrində möhtəşəm rəqslərlə çıxış edəcəklər.

Qeyd edək ki, Təbriz Azərbaycan Musiqi və Rəqs Ansamblı 2003-cü ildə yaradılıb. Missiyası Azərbaycan musiqisini, rəqsini və mədəniyyətini vətəndən uzaqlarda yaşatmaq və kanadalılara tanıtmaqdır.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar