Karninin “Güclü Kanada Kartı” iyunun 20-dən qüvvəyə minəcək
İyunun 20-dən etibarən Mark Karninin seçki kampaniyasında vəd etdiyi “Güclü Kanada Kartı” (Canada Strong Pass) qüvvəyə minir. Bu kart vasitəsilə hər kəs Kanada parklarına pulsuz giriş, 25% endirimli düşərgə və gecələmə haqqı, 18 yaşdan kiçik uşaqlar Via Rail qatarlarından pulsuz istifadə və Kanadanın milli qalereyalarına və muzeylərinə ödənişsiz giriş imkanı əldə edirlər. Həmçinin 18-24 yaş arasındakı gənclər üçün milli qalereyalr və muzeylərə 50% endirim tətbiq olunur.
Kart necə işləyir?
“Canada Strong Pass” fiziki və ya elektron şəkildə əldə edilmir. Onu nə almağa, nə qeydiyyatdan keçməyə, nə də göstərməyə ehtiyac yoxdur. Sadəcə, “Güclü Kanada Kartı”na daxil edilən Kanada parklarına (Parks Canada), milli qalereyalara, muzeylərə və ya VIA Rail xidmətlərinə baş çəkin və pulsuz giriş və ya endirim əldə edin.
️ Parks Canada ilə pulsuz giriş
20 iyun – 2 sentyabr 2025 tarixlərində Parks Canada tərəfindən idarə olunan məkanlara giriş hamı üçün pulsuz olacaq.
✔️ Pulsuz girişə nələr aiddir?
Milli tarixi yerlərə, milli parklara və milli dəniz mühafizə zonalarına giriş;
Tarixi su yollarında kanallardan keçid (lockage).
❌ Pulsuz girişə nələr DAXİL DEYİL:
Düşərgə və digər gecələmə yerləri (amma bu xidmətlərə 25% endirim var);
Qeydiyyat və rezervasiyalar;
Canadian Rockies Hot Springs;
Avadanlıqların icarəsi, bələdçi turları və proqramlar;
Balıq ovlama lisenziyası, odun, parkinq, dron icazəsi və s.
⛺ 25% endirimli düşərgə və gecələmə
20 iyun – 2 sentyabr 2025-ci il tarixlərində Kanada parkları tərəfindən idarə olunan aşağıdakı gecələmə növlərinə 25% endirim tətbiq olunacaq:
✔️ Endirim tətbiq olunanlar:
Çadır və karvan düşərgələri (frontcountry);
Təchiz olunmuş düşərgələr (oTENTiks, MicrOcubes, kabinlər, Oasis və s.);
Tarixi məkanlarda qalmaq;
Uzaq ərazilərdə gecələmələr (backcountry).
❌ Endirimə daxil OLMAYANLAR:
Üçüncü tərəfin göstərdiyi xidmətlər;
Balıq ovlama lisenziyaları, icazələr, odun, park yerləri;
Qeydiyyat sisteminin inzibati haqları.
Endirim yalnız Parks Canada tərəfindən idarə olunan məkanlara aiddir.
Əyalət, bələdiyyə, Kvebekin Sepaq parkları və ya özəl düşərgələr bu kampaniyaya daxil deyil.
Bu linkə daxil olaraq getmək istədiyiniz parkların endirimə daxil olub olmadığını öyrənə bilərsiniz.
Endirim və pulsuz giriş kimlər üçündür?
Kanadanın hər bir vətəndaşı və ziyarətçisi üçün açıqdır, yaş məhdudiyyəti yoxdur. Heç bir bilet və ya kart təqdim etməyə ehtiyac yoxdur. Giriş qapılarında və informasiya mərkəzlərində sizi Kanada Parklarının əməkdaşları qarşılayacaq.
Muzeylər və qalereyalara pulsuz və endirimli giriş
20 iyun – 2 sentyabr 2025-ci il tarixləri arasında ailənizlə birlikdə Kanadanın milli muzeylərini ziyarət edərkən pulsuz və ya endirimli giriş imkanlarından yararlana bilərsiniz. Bundan əlavə, bəzi əyalət və bölgə muzeyləri və qalereyaları da bu kampaniyaya qoşulub. Daha ətraflı məlumat üçün onların rəsmi saytlarını yoxlayın və ya birbaşa əlaqə saxlayın.
✨ Aşağıdakı güzəştlər təklif olunur:
17 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur;
18–24 yaş arası gənclər üçün giriş haqqına 50% endirim tətbiq olunur.
“Güclü Kanada Kartı”na daxil olan milli muzeylər və qalereyalara nəzər salaq:
Ottava-Gatineau
Kanada Kənd Təsərrüfatı və Qida Muzeyi
Kanada Aviasiya və Kosmos Muzeyi
Kanada Tarixi Muzeyi
Kanada Təbiət Muzeyi
Kanada Elm və Texnologiya Muzeyi
Kanada Müharibə Muzeyi
Kanada Milli Qalereyası
Halifaks, Yeni Şotlandiya
Pier 21 Kanada İmmiqrasiya Muzeyi
Kvebek
Abraham Düzənliyi Muzeyi (Plains of Abraham)
Vinnipex, Manitoba
Kanada İnsan Hüquqları Muzeyi
Qeyd: Bu kampaniyada iştirak edən əyalət və bölgə muzeyləri ilə bağlı əlavə məlumat üçün onların saytlarını ziyarət etməyiniz tövsiyə olunur.
Uşaqlar üçün pulsuz səyahət
17 yaşa qədər olan uşaqlar və yeniyetmələr böyüklərlə səyahət etdikləri halda ekonom sinfində pulsuz səyahət əldə edə bilərlər. Bu təklif Kanada boyu bütün VIA Rail marşrutlarında Escape və Economy tariflərinə şamil olunur.
Endirim kodu: CANADAFAM
18–24 yaş arası gənclər üçün 25% endirim
18–24 yaş arası böyüklər VIA Railin ekonom sinfində Escape və Economy tariflərinə 25% endirim əldə edirlər. Endirim bütün ölkə üzrə bütün VIA Rail marşrutlarına şamil olunur.
Endirim kodu: CANADA1824
Ümumilikdə Canada Strong Pass haqqında ətraflı məlumat üçün bu linkə daxil olun – www.parks.canada.ca
Foto: nashvancouver.com