[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto şəhərinin mərkəzində iki koyot iynə vurularaq öldürülüb

Toronto şəhərinin mərkəzində Fort York və Liberty Village ərazilərində problemə çevrilmiş iki koyot (canavara oxşayır, amma canavardan bir az balacadır) evtanaziya (insani yolla iynə vurularaq öldürülmək) olunub.

Toronto şəhər meriyasının açıqlamasına görə, bu qərar son altı ay ərzində çoxsaylı koyot hücumlarının baş verdiyi, bir neçə ev heyvanının öldüyü və sakinlərin təhlükəsizliklə bağlı narahat olduqları Fort York və Liberty Village ərazilərində verilib.

CBC-nin məlumatına görə, xarici mütəxəssislərlə aparılmış məsləhətləşmələrdən sonra son günlər iki koyot insani üsullarla evtanaziya olunub: “Toronto Heyvan Xidmətləri təsdiqlədi ki, həmin ərazidəki koyotlardan biri bir neçə neqativ insidentin əsas səbəbkarı olub, digər koyot isə bəzi hallarda onun yanında olub. Bu qərar bütün digər variantlar tükəndikdən sonra ən son çarə kimi verilib”.

Üçüncü koyot şəhəri tərk edib

Şəhər meriyasının məlumatına görə, üçüncü koyot artıq Toronto mərkəzini tərk edib. Fort York və Liberty Village ərazisində yalnız bir məlum koyot qalıb və o da son zamanlar müşahidə olunmayıb, həmçinin insanlara hücum edən davranışlar göstərməyib.

Koyotlara qarşı tədbir

Payızdan bəri Fort York və Liberty Village ərazilərində sakinlər, xüsusilə də ev heyvanı sahibləri, koyot hücumlarının artmasından narahat olduqlarını bildiriblər.

Bu şikayətlərdən sonra şəhər meriyası əraziyə müntəzəm koyot patrulları göndərməyə başlayıb, işıqlandırma sistemlərini təkmilləşdirib, hasarları təmir edib, qida mənbələrini təmizləyib və sakinlərə koyotlardan qorunmaq yolları barədə maarifləndirici işlər aparıb. Buna baxmayaraq, hücumlar davam edib.

Faktlar

2024-cü ilin noyabrından 2025-ci ilin aprel ayına qədər Fort York və Liberty Village-in yerləşdiyi Ward 10 dairəsində 335 koyot müşahidə halları qeydə alınıb.

2019-cu ildə şəhər üzrə itlərə qarşı 36 hücum qeydə alınmışdı, bu rəqəm 2024-cü ildə 91-ə yüksəlib. Ötən ilin noyabrından bəri Fort York və Liberty Village ərazisində iki it koyotlar tərəfindən öldürülüb.

Şəhər meriyası, insanlarla vəhşi təbiət arasında birgə yaşayışı dəstəkləməyə davam etdiyini vurğulasa da, heyvan davranışı ictimai təhlükəsizliyi təhdid edirsə, tədbir görülməsinin vacib olduğunu bildirir.

Koyotlar yaşayış sahələrinə yaxınlaşıb

Koyotların başqa yerə köçürülməsi praktik deyil, çünki əyalət qanunvericiliyi onların bir kilometrdən uzağa köçürülməsinə icazə vermir. Ərazidəki koyotlar insanları birbaşa və ya dolayı yolla qida mənbəyi kimi qəbul etməyə başlayıblar. Yeni kondominium tikintiləri və “Ontario Place”in yenidən qurulması, koyotların yaşayış sahələrinə daha da yaxınlaşmasına səbəb olub.

Foto: Karl Umbriako/Şutterstok

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar