[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto yaxınlığında ailəvi macəra

toronto park

Toronto şəhərindən təxminən 1 saatlıq məsafədə Stouffville şəhərində yerləşən Bruce’s Mill Conservation Park təbiət və əyləncə ilə zəngin ailəvi istirahət mərkəzidir. Xüsusilə uşaqlar üçün müxtəlif fəaliyyətlər və ailəvi əyləncə imkanları təqdim edir. Burada həm piknik etmək, manqal qalamaq imkanları, həm də uşaqların əylənməsi üçün müxtəlif fəaliyyətlər mövcuddur.

Uşaqlar üçün fəaliyyətlərə nəzər salaq:

Treewalk Village: Yaşları 2-dən yuxarı uşaqlar üçün nəzərdə tutulmuş bu əyləncə sahəsi, hamak torları ilə əhatə olunub. Uşaqlar burada ağacdan ağaca keçid, saydlarla eniş edir, treewee walk maneə kursunda oynayır.  Bu fəaliyyətlər uşaqların balans, güc və problem həll etmə bacarıqlarını inkişaf etdirir.

Discovery Courses: 3-5 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş bu kurslar, ağacların arasında asılmış taxta körpülər, dar ip xətləri, torlu keçidlər və mini “zipline”larla doludur. Bu fəaliyyətlər uşaqların fiziki bacarıqlarını və özünə inamını artırır.

Treetop Trekking: 9 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulmuş 5 asma kurs və “zipline”larla dolu bir macəra parkıdır.

BMX Track: Təcrübəli velosipedçilər üçün nəzərdə tutulmuş, beynəlxalq standartlara uyğun 9 maneəlik trasdır.

Meşənin içində gəzinti: Təbiətə yaxınlaşmaq və sakitləşmək üçün meşənin içərisində müxtəlif gəzinti sahələri mövcuddur.

Golf Driving Range: Peşəkar təlimlər və avadanlıq icarəsi ilə golf oynamaq imkanı.

Ünvan:  3291 Stouffville Road, Whitchurch-Stouffville

Aşağıdakı linkdən parkdakı əyləncələrlə bağlı daha çox məlumat əldəe də bilərsiniz: tretoptreeking.com

Bruce’s Mill Conservation Parkına giriş pulludur, amma yuxarıdakı əyləncələr üçün uşaqlara bilet alanda parka pulsuzgiriş əldə edirsiniz.

 

 

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp