Bu Hallovinn Torontoda “trick-or-treat” (şirniyyat toplama) üçün uşaqları hara aparacağınız barədə düşünürsünüz? Kostyumların, şirniyyatların və qorxulu ab-havanın bol olduğu ən yaxşı məhəllələrə nəzər salaq.
“Trick-or-treat”ə gedərkən vaxt aralığına diqqət edin. Məhəllədən asılı olaraq, şirniyyat toplama prosesi 17:30-18:00-da başlayır və 20:00-21:00-dək bitir.
1. FOREST HILL
Forest Hill – təhlükəsiz və “konfetlə dolu” macəra axtaran uşaqlar üçün ideal yerdir. Ağaclı küçələr, zərif bəzədilmiş villalar və tam Hallovin ab-havası buranı kiçik “qorxulu kəndə” çevirir. Ev sahibləri çox vaxt tam ölçülü şokolad paylayır və ailələr üçün mehriban mühit yaradır. Yaxşı işıqlandırılmış, aztrafikli küçələr valideynlərə də rahatlıq verir.
2. HIGH PARK / GLENDONWYNNE ROAD
High Park – həm konfet toplamaq, həm də icma ruhunu yaşamaq üçün mükəmməl yerdir. Bəzədilmiş evlər və mehriban sakinlər bu məhəlləni unudulmaz Hallovin məkanına çevirir.
3. CABBAGETOWN
Cabbagetown – payız yarpaqları kimi canlı və qorxulu ab-havası ilə konfet “ovçuları” üçün əsl cənnətdir.
4. HARBORD VILLAGE
Toronto Universitetinin qərbində yerləşən Harbord Village “trick-or-treat” üçün ən populyar məkanlardan biridir.
5. LEASIDE
Leaside uşaqlar üçün “konfetlə zəngin” Hallovin gecəsinin təminatçısıdır.
6. MONARCH PARK
Danforth East bölgəsindəki bu ailəvi məhəllə “trick-or-treat” üçün ən çox ziyarət edilən yerlərdən biridir. Küçələrdəki evlər səxavətlə şirniyyat paylayır.
7. TRİNTY BELLWOODS
Claremont, Manning və Euclid küçələri boyunca yerləşən bu məhəllə, Trinity Bellwoods parkının kənarında, şəhərin mərkəzində yerləşən ən əlçatan və canlı “trick-or-treat” zonalarından biridir.
8. BLOORDALE VILLAGE
Bloor küçəsinin şimalında yerləşən Symington və Campbell küçələri ailəvi ab-havası ilə tanınır.
Foto: childcraftbaby.com
















