[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoya bir saatlıq məsafədə əyləncə dolu ferma

Torontoya bir saatlıq məsafədə – Hampton bölgəsində yerləşən Pingle’s Farm Market  Kanadada ailəvi istirahət üçün ən gözəl kənd təsərrüfatı fermalarından biridir. Bu təsərrüfat hər gün saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir və ziyarətçilərə həm təbii məhsullar, həm də meyvə və tərəvəzləri öz əlləriylə dərməyi təklif edir.  Mövsümdən asılı olaraq, meyvə-tərəvəzlərin dərilmə vaxtı dəyişir. Hazırda, alma, armud, qarğıdalı, çiyələk, pomidor, bibər və müxtəlif çiçəklərin dərilmə zamanıdır.

Fermada uşaqların əyləncəsi də düşünülüb. Burada uşaqlar üçün əyləncə məkanları, attraksionlar, müxtəlif ev heyvanları ilə təmasda olmaq imkanı yaradılıb. Həmçinin tarlanı gəzmək üçün traktorların arxasına qoşulmuş arabalara minə bilərsiniz.

Pingle’s Farm Market ziyarətçilərinə yerli fermerlərdən toplanmış təzə meyvə-tərəvəzlər, ət və süd məhsulları, eləcə də evdə bişirilmiş piroqlar, ponçiklər, mürəbbələr və şirniyyatlar təqdim edir.

Xüsusilə oktyabr ayında fermada atmosfer daha da gözəl olur. Balqabaqlarla bəzədilmiş xüsusi zonada şəkillər çəkdirə bilərsiniz. Həftəsonları isə canlı musiqi təşkil edilir.

Ünvan: 1805 Taunton Road East, Hampton, ON.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp