[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Vitrindəki qiymətlə çekdə göstərilən uyğun gəlmədikdə, məhsulu pulsuz əldə edə  bilərsiniz

Kvebekdə bu, qanun, digər əyalətlərdə qaydadır

Yəqin ki, aldığınız məhsulun qiymətinin kassada səhv çıxdığı hallar başınıza gəlib. Vitrində bir qiymətə olan məhsulu ödəniş edib alarkən çekdə daha yüksək məbləğ yazıldığını görmüsünüz. Kassaya gələrkən aldığınız məhsula vitrindəkindən daha çox ödəniş etmiş olsanız, bunu kassirə yaxınlaşıb bildirməlisiniz. “Scanner Price Accuracy Code”a (skan edilmiş qiymətin dəqiqliyi qaydası) əsasən, məhsulun qiyməti 10 dollardan aşağıdırsa, onu tamamilə pulsuz, 10 dollardan yuxarıdırsa, 10 dollar endirimlə almaq hüququnuz var.

“Scanner Price Accuracy Code” qanundurmu?

Bu, qanun deyil, könüllü qaydadır. İstehlakçıları qorumaq məqsədilə bəzi mağazaların könüllü şəkildə qoşulduğu qiymət dəqiqliyi qaydasıdır. Bu o deməkdir ki, mağazalar bu qaydaya qoşulmağa məcbur deyillər. Amma qoşulublarsa, qaydanı bütün müştərilərə eyni şəkildə tətbiq etməlidirlər.

Yalnız Kvebek əyalətində oxşar qiymət dəqiqliyi qaydası qanunla məcburidir. 2025-ci ilin mayından etibarən maksimum kompensasiya 10 dollardan 15 dollara qaldırılıb.

Bu qaydanı kim yaradıb və idarə edir?

Bu qayda Kanada Pərakəndə Ticarət Şurası (Retail Council of Canada) tərəfindən hazırlanıb və idarə olunur. Kanada Pərakəndə Ticarət Şurası Kanadada fəaliyyət göstərən bir çox iri mağaza şəbəkəsini təmsil edən sənaye assosiasiyasıdır.

2002-ci ildə sözügedən qaydanı tətbiq etməkdə məqsəd elektron skanerlər geniş yayıldıqdan sonra alıcıların qiymət səhvlərindən qorunması və etimadın artırılması olub.

Bu qaydaya qoşulan mağazalara (tam siyahı deyil) daxildir: Walmart, Costco, “Best Buy, Canadian Tire, Loblaws və ona bağlı mağazalar, bir çox ərzaq və aptek şəbəkələri.

Adətən bu mağazalar girişdə və ya kassalarda “Scanner Price Accuracy Code” barədə elan yerləşdirirlər.

Bu qaydaya kim nəzarət edir?

Qayda könüllü olduğu üçün onu birbaşa mağazanın özü tətbiq edir. Əgər mağaza qaydanı icra etməzsə, əvvəlcə menecerə müraciət etmək tövsiyə olunur. Problem həll olunmazsa, Retail Council of Canada nəzdində fəaliyyət göstərən Scanner Price Accuracy Komitəsinə şikayət edilə bilər.

Qayda hansı mıhsullara tətbiq olunur?

Bu qayda yalnız barkodla skan olunan məhsullara aiddir. Üzərində ayrıca qiymət etiketi olan məhsullar, çəki ilə satılan meyvə-tərəvəz və reseptlə verilən dərmanlara şamil olunmur.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp