[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Snoubord sürən 65 və 58 yaşlı cütlük donmuş göldə bataraq həyatlarını itirib  

Polisi Skott Kley: “Dəyişkən temperatur donmuş göl və çaylar üzərində hər cür fəaliyyəti daha riskli edir”

Polisin verdiyi məlumata görə, bazar günü Britaniya Kolumbiyasının şimal-qərbində yerləşən donmuş göldən iki nəfərin meyiti çıxarılıb. Cütlük bir neçə gün əvvəl itkin düşmüşdü.

Kanada Kral Atlı Polisi bildirir ki, snoubord sürən iki nəfər fevralın 20-də itkin kimi qeydə alınıb. Onlar sonuncu dəfə fevralın 17-də görülüb. Qonşular axtarış apararaq cütlüyü Şarlot (Charlotte) gölündə buzun altında ölü vəziyyətdə tapıblar.

Polisin açıqlamasında deyilir ki, güman edilir ki, fevralın 17-də həmin şəxslər və onların snoubordları buz qatını yararaq suya düşüb: “Cütlüyün itkin düşməsi gec bildirildiyi üçün gölün səthi yenidən donub və buzda yaranmış yarıq gizlənib”.

Bazar günü  buzaltı dalğıc hazırlığı olan Kanada Kral Atlı Polisinin Sualtı Axtarış Qrupu cəsədlər sudan çıxarılıb. Həlak olanların 65 yaşlı kişi və 58 yaşlı qadın olduğu açıqlanıb.

Anahim Lake bölgəsindəki Kanada Kral Atlı Polisi bölməsinin rəhbəri serjant Skott Kley bildirib ki, dəyişkən temperatur donmuş göl və çaylar üzərində hər cür fəaliyyəti daha riskli edir: “Hər kəsi son dərəcə ehtiyatlı olmağa çağırırıq. Bu çətin vaxtda mərhumların ailə və dostlarına başsağlığı veririk”.

Cütlüyün ölüm faktı araşdırılır. Polis hadisədə hər hansı cinayət tərkibi olmadığını düşünür.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar