Santa Claus paradı Kanadada hər il böyük sevgi və həyəcanla gözlənilən bayram tədbirlərindən biridir. Minlərlə insan küçələrə toplaşaraq həm uşaqlar, həm də böyüklər üçün bayram ab-havası yaradan rəngarəng platformaları izləyir. Paradda müxtəlif musiqi qrupları, rəqs kollektivləri, məşhur cizgi filmi qəhrəmanları və Santa Claus iştirak edir. Şəhər küçələri işıqlarla bəzədilir və hər yerdə Yeni il ruhu hiss olunur. Parad noyabrın 22-dən başlayıb. Artıq Toronto və Mississaqada parad keçirilib. Növbəti paradların tarixi:
Etobicoke–Lakeshore: 6 Dekabr, saat 10:00-da başlayacaq. Ətraflı məlumat üçün lakeshoreparade.ca saytına daxil olun.
Bolton: 6 Dekabr, saat 11:00. Ətraflı boltonkin.com
Whitby: 6 Dekabr, 10:00. Ətraflı whitbysantaclausparade.ca
Burlington: 7 Dekabr, 14:00. Ətraflı burlington.ca
















