Biletlər artıq satışdadır
Konsert: Orxan Zeynallı
Təşkilatçı: Baku Production
Ünvan: Revival Event Venue – 783 College St, Toronto
Tarix: 5 Dekabr (Şənbə günü)
Zaman: Qapılar 19:30-da açılır.
Bilet: Ümumi giriş (General Admission) – $85 + xidmət haqqı
VIP: $125 + xidmət haqqı. VİP biletlər məhdud saydadır, səhnəyə daha yaxın ön hissədə olacaq.
Tələbələrə 10% endirim var.
Biletləri ticketailor.com-dan əldə edə bilərsiniz.
Bilet və paketlərlə bağlı suallar üçün əlaqə nömrəsi: 647-996-212
Orxan Zeynallı haqqında
Qeyd edək ki, Orxan Zeynallı reper olmaqla yanaşı, ssenarist, prodüser, musiqiçi və şairdir. O, orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirməyib. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞ-də yaşayır.
Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu “Biz İnsan Deyilik”dir.
2011-ci ildə albomun adını daşıyan ilk solo konsertdən sonra, “Bəlkə də Nə Vaxtsa” klipi dinləyicilərə təqdim olunur. İlin sonlarına doğru sonradan Azərbaycan rep tarixinin ən populyar mahnıları siyahısına daxil olan “Hekayəm” və “Karusel” mahnılarına çəkilmiş kliplər də tamaşaçıların ixtiyarına verilir. Bu iki klip YouTube kanalında 1 milyon baxış sayını keçən Azərbaycana məxsus ilk iki rep klipidir.