[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda hər 10 nəfərdən biri ərzaq bankına müraciət edir  

Nil Heterinqton: “Kanadada 10 milyon insan ərzaq baxımından qeyri-təhlükəsiz şəraitdə yaşayır”

“Daily Bread Food Bank”ın məlumatına görə, Kanadada 10 milyon insan ərzaq baxımından qeyri-təhlükəsiz şəraitdə yaşayır və bu da icmalarda ərzaq banklarının rolunu hər zamankından daha vacib edir.

Təkcə Torontoda hər 10 nəfərdən biri ərzaq bankına müraciət edir ki, bu da ildə 4,1 milyon ziyarət deməkdir. Ümumilikdə isə ölkə üzrə hər ay 2,8 milyon kanadalı ərzaq banklarından istifadə edir.

“Daily Bread Food Bank”ın baş direktoru Nil Heterinqton CTV-nin “Your Morning” proqramına bildirib ki, “bizim kimi gözəl bir ölkədə bunun olmaması gərəkdir”.

N.Heterinqtonun sözlərinə görə, ərzaq banklarına müraciət edənlərin demoqrafiyası da dəyişir. İstifadəçilərin təxminən 60 faizi kollec və ya universitet təhsillidir və 50 faizinin tam ştatlı işi var: “Əvvəllər mövcud olan sosial razılaşma – təhsil alırsan, iş tapırsan, çalışırsan və hər şey yaxşı olacaq – artıq işləmir”.

Heterinqton bildirir ki, bayram mövsümünə hazırlaşmaq xüsusilə çətin olub. Onun sözlərinə görə, “Daily Bread Food Bank” Torontodakı ianə hədəfini 8 milyon dollardan 40 milyon dollara qaldırıb: “Bu rəqəm sadəcə Toronto üzrə xidmət səviyyəsini qoruyub saxlamağa kifayət edir”.

Qəlyanaltı və quru ərzaq ianələri hər zaman qiymətləndirilsə də, Heterinqton pul ianələrinin daha təsirli olduğunu vurğulayıb. Məsələn, Ontarioda fermerlər məhsulu ərzaq banklarına bağışladıqda vergi güzəştləri ala bilirlər. Pul ianələri isə on minlərlə kiloqram təzə məhsulu toplayıb ehtiyacı olanlara çatdırmaq üçün yük maşını kirayəsi kimi xidmətlərə yönləndirilir: “Artıq ərzaq bankında bağışladığımız məhsulların böyük əksəriyyəti məhz təzə ərzaqdır”.

Bayram mövsümü ənənəvi olaraq ianələrin artdığı dövrdür, çünki kanadalılar icmalarına yardım edir. Lakin Heterinqton qeyd edir ki, ərzaq banklarından istifadə ilboyu davam edən problemdir. İyul və avqust ayları ən çətin aylardır, çünki insanlar yay tətilində ianə etməyi çox düşünmürlər: “Həmin aylarda məktəblərdə yemək proqramları olmur və insanlar üçün vəziyyət son dərəcə çətinləşir”.

Foto: The Globe and Male

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar