Kanada Sərhəd Xidmətləri Agentliyi (CBSA) ötən il qeyri-qanunu yaşayan 18 mindən çox immiqrantı ölkədən çıxarıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir və 2023-cü ildə bu say təxminən 16 min nəfər olub.
Sərhəd Planı immiqrasiya və sığınacaq müraciətlərinin icrasını dəstəkləmək və CBSA-nın növbəti iki il ərzində 20 min qanunsuz immiqrantın çıxarılmasını həyata keçirmək üçün hökumət 55,5 milyon dollar ayırıb.
Qeyri-qanuni immiqrantlara Kanadaya sığınacaq üçün müraciət edib məhkəmə instansiyalarını keçməyənlər, həmçinin cinayət törədən immiqrantlar daxildir.
Foto: cbs.ca