“Cineplex” yanvar ayının seçilmiş şənbə günlərində “Ailələrin sevimlisi” (Family Favourites) proqramı çərçivəsində bəzi ailəvi filmlərə endirimli bilet satışına başlayır.
Belə ki, biletləri “Cineplex”in satış köşklərindən aldıqda 3.99$, onlayn aldıqda isə 5.49$ ödəməli olacaqsınız.
Qeyd edək ki, endirimli qiymətlər “Ailələrin sevimlisi” proqramına qatılan kinoteatrlarda seçilmiş şənbə günlərində keçərlidir. Filmlər dəyişə bilər.
Biletlər onlayn alındıqda qiymətlər belədir:
CineClub üzvləri üçün 3.99$
Scene+ üzvləri üçün 4.99$
Digər bütün onlayn satışlar üçün 5.49$ (3.99 $ + 1.50 $ onlayn bron haqqı).
Onlayn bron haqqına əvvəlcədən yer seçimi və paylaşa bilən rəqəmsal biletlər daxildir və bir əməliyyat üzrə alınan ilk 4 biletə tətbiq olunur. Bütün qiymətlərə vergi əlavə olunur.
Proqrama daxil olan filmlər arasında ““Madagascar” filminin 20 illiyi” yanvarın 17-də, xristianlıq mövzusunda olan “Kralların kralı” (“The King of Kings”) yanvarın 24-də və “Yer kürəsinin partladığı gün: gülməli animasiyalar filmi” (“The Day The Earth Blew Up: A Looney Tunes Movie”) yanvarın 31-də göstəriləcək.