Festival: Turkuaz Turkic Multikultural Festival
Təşkilatçı: Turkuaz Turkic Art & Culture Foundation
Ünvan: North Thornhill Community Centre, 300 Pleasant Ridge Ave, Vaughan, ON
Tarix: 27 İyun, 2026 (Şənbə günü)
Zaman: 12:00-19:00
Giriş: Pulsuzdur və hər kəs üçün açıqdır
Parkinq: Pulsuz
Sizi nə gözləyir?
Türk xalqlarının möhtəşəm rəqs çıxışları;
Canlı musiqi və milli ifalar;
Zəngin və dadlı milli mətbəx nümunələri;
Mədəniyyət və incəsənət təqdimatları;
Ailəvi əyləncə və unudulmaz atmosfer.
Bu festivalı keçirməkdə məqsəd Kanadada yaşayan türk xalqlarının – azərbaycanlı, başqırd, türk, özbək, tatar, uyğur, qırğız, qazax, türkmən, qaşqay və digər icmaların zəngin ənənələrini, musiqisini, mətbəxini və mədəniyyətini təqdim etməkdir.
Orta Asiyadan Anadoluya uzanan ortaq tarix, dil və ənənələri birlikdə yaşadaq!
Gəlin, birlikdə bu rəngarəng bayramın bir parçası olaq.