[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadaya yeni tələbə vizalarının təsdiqi 64% azalıb

kanada telebe

2023-cü ildə 435 min, 2025-ci ildə isə cəmi 75 min tələbəyə viza verilib

Kanadada ali təhsil sektorunda ixtisarlar artır, bəzi kollec və universitetlər isə beynəlxalq tələbə sayına qoyulan məhdudiyyətlərdən sonra birləşməyə məcbur olur.

Kanada Universitetləri Təşkilatının Qabriel Miller bildirir ki, Kanada dünyanın ən istedadlı tələbələrini cəlb etmək üzrə qlobal rəqabətdə geri qalmağa başlayıb. Onun sözlərinə görə, ölkə enerji, süni intellekt və aqrobiznes kimi sahələrdə lider olmağa çalışsa da, bunun üçün yüksək ixtisaslı insan resurslarına ehtiyac var və hazırda bu sahədə geriləmə müşahidə olunur.

Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirliyin məlumatına əsasən, 2025-ci ildə yeni tələbə vizalarının təsdiqi 64% azalıb. Təxminən 211 min müraciətdən yalnız 75 mindən bir qədər çoxu qəbul edilib. Halbuki 2023-cü ildə bu rəqəm 435 minə çatmışdı.

Beynəlxalq tələbələrdən gələn gəlirlərin azalması Kanada kollec və universitetlərini çətin vəziyyətə salıb. Son illərdə maliyyələşmənin kifayət qədər olmaması da bu problemi daha da dərinləşdirib.

Miller hesab edir ki, vəziyyətdən çıxış yolu federal və əyalət hökumətlərinin birlikdə milli strategiya hazırlamasıdır. Onun fikrincə, bu, ölkənin gələcək iqtisadi inkişafı üçün vacibdir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar