[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kvebek məktəblərində çalışmaq istəyən bütün işçilər hicablarını çıxarmalıdırlar

“Bill 94” dini simvollar qadağasını nahar nəzarətçiləri, müəllim köməkçiləri və digərlərinə də şamil edir

Kvebek hökuməti 2025-ci ilin mart ayında “Bill 94” qanununu qəbul edərək əyalətdə dini simvollarla bağlı qadağanı yalnız müəllim və direktorlarla məhdudlaşdırmayıb, məktəblərdə şagirdlərlə təmasda olan bütün şəxslərə şamil edib.

Montrealın məktəbtəblərə xidmət göstərən ən böyük qurumu yeni sekulyarizm qanununa əməl etmək üçün dini simvolları çıxarmaqdan imtina edən 100-dən çox işçisini itirib.

“Bill 94” kimi tanınan bu qanun xaç, hicab və s. dini simvolların taxılmasına qoyulan qadağanı genişləndirərək məktəblərdə çalışan dəstək heyətini də əhatə edir. Məsələn, nahar zalı nəzarətçiləri və xüsusi təhsil texnikləri kimi işçilər də buraya daxildir.

Artıq onlarla işçi “Bill 94” qanunu səbəbindən işdən çıxarılıb, uzaqlaşdırılıb və ya istefa verib. Montreal Məktəblərə Xidmət Mərkəzi (CSSDM) də işçiləri işdən azad etmək məcburiyyətində qaldığını bildirir. CSSDM-in nümayəndəsi “Radio-Canada”ya deyib ki, yaxın zamanda işçilərə xəbərdarlıq edilib. Əgər onlar yeni qanuna uyğun olaraq dini simvollarını çıxarmasalar, işlərini itirə bilərlər. CSSDM yetkilisinin sözlərinə görə, bir çox işçisini simvollarını çıxarmaqla qanuna əməl etməyə razılaşıb. Lakin təxminən 150 nəfər buna razı olmayıb.

Monrealda dəstək heyətini təmsil edən həmkarlar ittifaqı APPA CSN-in rəhbəri Mişel Pikard bildirib ki, bu ixtisarlar kadr çatışmazlığını daha da artırmaq riski yaradır. Lakin CSSDM bildirir ki, ixtisarlara baxmayaraq, şagirdlərə xidmət göstərmək üçün kifayət qədər işçi olacaq.

“İşləmək istəyirsənsə, hicabını çıxarmalısan”

FEESP həmkarlar ittifaqının məktəb dəstəyi bölməsinin prezidenti Enni Şarland bildirib ki, işçilər qeyri-mümkün seçim qarşısında qalıblar: “Mən bunu saxta seçim adlandırıram. İnsanlara deyilir ki, “işləmək istəyirsənsə, hicabını çıxarmalısan. Bu, onların şəxsi bütövlüyünə zərbə vurur. İnsanlardan işləri ilə dini inancları arasında seçim etmələrini istəmək çox çətindir”.

Qeyd edək ki, Kvebec hökuməti 2025-ci ilin oktyabrında Bill 94 qanununu qəbul edərək dini simvollarla bağlı qadağanı müəllim və direktorlarla məhdudlaşdırmayıb, məktəbdə şagirdlərlə təmasda olan bütün işçilərə tətbiq edib.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar