[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ötən il 100 mindən çox kanadalı tibbi xidmət üçün xaricə üz tutub

kanadada xestexana

Fraser İnstitutunun araşdırmasına görə, 2025-ci ildə təxminən 105,529 kanadalı tibbi xidmət almaq üçün ölkə xaricinə səfər edib.

“Getdikcə daha çox kanadalı ehtiyac duyduqları tibbi yardımı vaxtında almaq üçün ölkəni tərk etməli olduqlarına qərar verir”, – deyə Fraser İnstitutunun səhiyyə siyasəti üzrə tədqiqatlar direktoru və “Tibbi Yardım üçün Kanadanı Tərk Etmək, 2025” hesabatının həmmüəllifi Nadeem Esmail bildirib.

Kanadalıların tibbi xidmət üçün xaricə üz tutmasının bir neçə mümkün səbəbi var. Başlıca səbəb gözləmə müddətidir ki, bu da artıq Kanada səhiyyə sisteminin əsas xüsusiyyətinə çevrilib. Keçən il həkimə yönləndirmə ilə faktiki müalicə arasındakı ortalama gözləmə müddəti 28,6 həftə olub. Bu, indiyə qədər qeydə alınmış ikinci ən uzun müddətdir və müşahidələrin başladığı 1993-cü illə müqayisədə üç dəfədən çoxdur.

Araşdırmaya görə, keçən il xaricə ən çox səfər uroloji prosedurlar üçün edilib – 12,697 xəstə.

Bundan başqa, yüksək sayda kanadalı ümumi cərrahiyyə (10,320), daxili xəstəliklər üzrə prosedurlar – kolonoskopiya, qastroskopiya və angioqrafiya kimi müayinələr (8,304), eləcə də oftalmoloji müalicə (6,482) üçün ölkəni tərk edib.

Əyalətlər üzrə baxdıqda, Alberta müalicə üçün xaricə gedən xəstələrin ən yüksək payına (3.0%) sahib olub, Ontario isə ən çox sayda xəstənin (51,538 nəfərin) müalicə üçün ölkəni tərk etdiyi əyalət olub.

Araşdırmanın həmmüəllifi və Fraser İnstitutunun baş siyasət analitiki Makenzi Moir bildirib ki, mütəxəssis həkimin qəbuluna düşmək üçün Kanadadakı uzun gözləmə müddətlərini nəzərə alsaq, bu qədər çox kanadalının tibbi müalicə üçün xaricə getməsi təəccüblü deyil: “Çünki gözləmə müddətinin uzanması xəstələr üçün əzabın artmasına və həyat keyfiyyətinin azalmasına səbəb ola bilər”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar