[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda tikinti sahəsindəki 100 min iş yeri risk altındadır

Ev almaq istəyənlərin tərəddüdünə səbəb olan amillər il boyu davam edəcək

Building Industry and Land Development Association (BILD) təşkilatının hesabatına əsasən, ötən ilin dekabrında GTA üzrə cəmi 240 yeni ev satılıb. Bu, son 10 ilin dekabr ayları üzrə orta göstəricisindən təxminən 1,100 vahid azdır.

Altus Group-un (BILD-in yeni ev bazarı üzrə məlumat mənbəyi) bildirdiyinə görə, bu ay GTA-da son 45 ildə qeydə alınan ən zəif yeni ev satışları ilə ili yekunlaşdırıb. Hesabata görə, 2025-ci ildə qeydə alınan təxminən 5,300 yeni ev satışı region üzrə 10 illik orta göstərici olan 28,286 satışdan 81 faiz aşağıdır.

Kanadanın mənzil bazarını 2026-cı ildə nə gözləyir?

Altus Groupun tədqiqat meneceri Edvard Cegg mətbuata açıqlamasında bildirib ki, “2026-cı ildə də geosiyasi narahatlıqlar davam edəcək, ərzaqların, digər məhsulların qiymətləri yüksək qalacaq və Kanada Mərkəzi Bankı faiz endirimləri dövrünün başa çatdığını bildirib. Bu səbəbdən alıcıların tərəddüdünə səbəb olan əsas amillərin il boyu təsirini davam etdirəcəyi gözlənilir”.

Hesabata əsasən, ötən il GTA-da satılan yeni evlərin 3,247-si fərdi yaşayış evləri olub ki, bu da 10 illik orta göstəricidən 63 faiz azdır. 2,067-si isə kondominium olub. Bu göstərici 10 illik orta səviyyədən 89 faiz aşağıdır.

100 min iş yeri risk altındadır

BILD-in əməliyyatlar üzrə baş direktoru Castin Şervud bildirib ki, aşağı satışlar daha az tikinti işlərinin başlanmasına səbəb olur. Satışlarda bərpa olmazsa, hesabat tikintidəki 100 min iş yerinin itirilə biləcəyini proqnozlaşdırır. Bunun yarısı birbaşa tikinti işlərində, digər yarısı isə tikintini dəstəkləyən şirkət və xidmətlərdə çalışanları əhatə edir.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar