[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanada hökuməti sığınacaq almaq istəyən 30 min müraciətçiyə xəbərdarlıq etdi

Kanadanın İmmiqrasiya Departamenti on minlərlə sığınacaq axtaran şəxsə onların sığınacaq üçün uyğun olmaya biləcəyini qeyd edən məktub göndərib. Bəzilərinə isə dərhal ölkəni tərk etməli olduqları bildirilib.

Bu addım hökumətin ötən ay sığınacaq müraciətləri ilə bağlı qanunun sərtləşdirilməsindən sonra atılıb.

Kanadada yaşadıqdan bir il sonra sığınacaq üçün müraciət etmisinizsə…

İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazilirlik (IRCC) “CBC News”a verdiyi açıqlamada bildirib ki, bunlar deportasiya məktubları deyil və təxminən 30 min müraciətçiyə göndərilməyə başlayıb: “Prosedur müraciətçilərə əlavə məlumat təqdim etmək imkanı vermək üçün istifadə olunur”.

“CBC News”un əldə etdiyi məktubda deyilir: “Müəyyən etmişik ki, sizin sığınacaqla bağlı iddianız İmmiqrasiya və Qaçqınlar Şurasının Qaçqınların (İRB) Müdafiəsi Bölməsinə göndərilmək üçün uyğun olmaya bilər”.

Məktubda qeyd olunur ki, müraciətçi 2024-cü ildə Kanadaya daxil olub və müraciətini bir ildən sonra təqdim edib.

Bill C-12 qanununa əsasən, Kanadaya gəlib bir il qaldıqdan sonra sığınacaq üçün müraciət edən şəxslər IRB-yə müraciət etmək hüququndan məhrum edilir. Qanun 24 iyun 2020-ci ildən sonra gələnlər üçün də qüvvədədir və 3 iyun 2025-dən sonra edilən müraciətlərə şamil olunur.

İmmiqrasiya naziri Lena Metleg Diab yeni qanunun tətbiqinə nəzarət edir.

Müraciəti qəbul edilməyən şəxslər xüsusi formanı doldura bilərlər

Məktubda müraciətçiyə 21 gün ərzində əlavə məlumat və sübut təqdim etmək imkanı verildiyi bildirilir. IRCC qeyd edir ki, bu məlumatlar onların uyğunluğunun qiymətləndirilməsi üçün vacib ola bilər.

IRCC həmçinin bildirib ki, müraciəti qəbul edilməyən şəxslər PRRA (ölkədən çıxarılmadan əvvəl risk qiymətləndirilməsi) adlı formanı doldura bilərlər. Lakin immiqrasiya hüquqşünasları bildirir ki, bu yazılı proses canlı dinləmələrlə müqayisədə ədalətli deyil.

Hüquqşünaslar bir neçə ciddi problemə diqqət çəkirlər. Bəzi müraciətçilər əvvəl Kanadaya gəlsələr də, ölkədən çıxıb yenidən daxil olduqları üçün məktub alırlar.

“Kanadanı mümkün qədər tez tərk etməlisiniz”

“CBC News”un gördüyü başqa bir məktubda isə açıq şəkildə deyilir ki, müraciət uyğun deyil: “Kanadanı mümkün qədər tez tərk etməlisiniz və çıxışınızı Kanada Sərhəd Xidməti Agentliyi ilə təsdiqləməlisiniz. Əks halda deportasiya qərarı verilə bilər”.

Eyni zamanda məktubda qeyd olunur ki, müraciətçi PRRA üçün uyğun ola bilər.

Foto: Adrian Wyld/The Canadian Press

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar