[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Kanadada yeni yaradılan bizneslərin sayı bağlanan bizneslərin sayından azdır  

Amerika şirkətləri Kanada şirkətlərini satın alır

Kanadada yeni yaradılan bizneslərin sayı bağlanan bizneslərin sayından azdır və bu tendensiya 2024-cü ildən bəri daha da pisləşir. Bu barədə Kanada Müstəqil Bizneslər Federasiyası (CFIB) məlumat yayıb.

Yeni hesabat bunu “sahibkarlıq quraqlığı” adlandırır və bildirir ki, artan xərclər, ağır tənzimləmələr və iqtisadi qeyri-müəyyənlik kiçik biznes sahiblərini bazardan çıxmağa məcbur edir, yeni bizneslərin yaranması isə bu tempə çatmır. Hesabatda qeyd olunur ki, bu “quraqlıq” 2024-cü ildən davam edir və pandemiya dövrü istisna olmaqla sahibkarlar üçün ən çətin mərhələ hesab olunur.

Kanadada biznes qurmaq üçün lazım olan mühit kifayət qədər əlverişli deyil

Kiçik biznes sahiblərinin yarıdan çoxu hazırda başqalarına biznes qurmağı tövsiyə etməyəcəyini deyir. Ən çox təzyiq isə qonaqpərvərlik, istehsalat və nəqliyyat sektorlarında  hiss olunur. Bir çox sahibkar qeyd edir ki, xüsusilə vergi və kapital xərcləri artdıqdan sonra biznesi böyütmək getdikcə daha çətinləşir.

CFIB yetkilisi Brianna Solberqin sözlərinə görə, Kanadada eşitdiyimiz əsas məsələ budur ki, kiçik biznes qurmaq, idarə etmək və böyütmək həddindən artıq çətindir. Solberq qeyd edir ki, sahibkarlıq ruhu və istəyi mövcud olsa da, Kanadada biznes qurmaq və davam etdirmək üçün lazım olan mühit kifayət qədər əlverişli deyil. Onun sözlərinə görə, biznes müəyyən bir həddi keçdikdən sonra xərclər kəskin artır və bu da hətta biznesin başqa birinə ötürülməsini belə çətinləşdirir: “Kanadada kapital gəlirləri üzrə yüksək vergilər var və biznesi təhvil alacaq alıcı tapmaq çətindir. Çox vaxt gördüyümüz odur ki, Amerika şirkətləri kifayət qədər maliyyə və resurslara malik olduqları üçün Kanada şirkətlərini satın alırlar”.

2060-cı ilə qədər Kanada ÜDM artımında ən aşağı göstəriciyə malik olacaq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bildirir ki, 2000-ci ildən bəri Kanadada məhsuldarlıq artımı orta hesabla 0.86% olub ki, bu da ABŞ-ın 1.4%-lik göstəricisindən xeyli geri qalır.

Təşkilat həmçinin proqnozlaşdırır ki, 2060-cı ilə qədər Kanada üzv ölkələr arasında adambaşına real ÜDM artımında ən aşağı göstəriciyə malik olacaq. İldə orta hesabla cəmi 0.78%, bu da ABŞ-la müqayisədə iki dəfədən azdır.

Solberq bildirir ki, bizneslərin iqtisadiyyatdan çıxmasının yeni bizneslərin daxil olmasını üstələməsi tendensiyası 1980-ci illərdən mövcuddur, lakin son iki ildə xeyli pisləşib: “Hazırda Kanadada gördüyümüz vəziyyət hökumətlər və siyasətçilər üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır”.

O hesab edir ki, hökumətlər biznes xərclərini azaltmaq üçün vergiləri aşağı salmalı, əyalətlər arasında əmək mobilliyini yaxşılaşdırmalı və həm federal, həm də əyalət səviyyəsində mövcud olan tənzimləmə yükünü azaltmalıdır.

Foto: Canva

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar