Kanadanın Toronto şəhərində Fransada yaşayan muğam ustası, xanəndə Sahib Əsədlinin konsert proqramı təşkil olundu. Ötən həftəsonu keçirilən konsertdə S.Əsədlinin ifasında Azərbaycan musiqisinin incisi sayılan muğam nümunələri və milli mahnılar səsləndirildi.
S.Əsədli ilə yanaşı, müğənni Noşen Əhmədi də bir-birindən gözəl Azərbaycan mahnılarını ifa etdi və gecəyə xüsusi rəng qatdı.
Tamaşaçılar arasında Cənubi və Şimali Azərbaycandan olan həmvətənlərimizlə yanaşı, müxtəlif türkdilli icmaların nümayəndələri də yer alırdı.
Qeyd edək ki, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanan gecə Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin dəstəyi ilə baş tutdu.