[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Toronto və ətrafında albalı çiçəklərinin açdığı 12 ən gözəl məkan

Toronto və ətrafında albalı çiçəklərinin açması ətrafı bir nağıla çevirir. Hər il minlərlə insan bu qısa, amma möhtəşəm gözəlliyə şahid olmaq üçün parklara və bağlara axışır. Xüsusilə Toronto kimi şəhərlərdə albalı ağaclarının çiçəklənməsi artıq sadəcə təbiət hadisəsi deyil, həm də mədəni bir ənənəyə çevrilib.

Həm albalı çiçəklərinin sehrini yaşamaq, həm də foto və video çəkmək həvəskarları üçün əla zamandır. Bu gözəllikləri izləmək üçün ən yaxşı yerləri sizə təqdim edirik.

  1. High Park

1873 Bloor St W, Toronto

Torontoda albalı çiçəklərinə baxmaq üçün ən məşhur məkandır. Burada 2,000-dən çox albalı ağacı yol boyunca və Grenadier gölünün ətrafında göz oxşayır.

  1. Trinity Bellwoods Park

790 Queen St W, Toronto

Şəhər mərkəzində yerləşən müasir parkda Queen Street girişinə yaxın yerdə az sayda, lakin çox gözəl albalı ağacı mövcuddur.

  1. Centennial Park

151 Elmcrest Rd, Toronto

Etobikoda yerləşən bu sakit parkda 200-dən çox albalı ağacı parkın müxtəlif hissələrinə səpələnib.

  1. York University (Campus Walk)

4700 Keele St, Toronto

Scott Kitabxanası və Stong gölünün yaxınlığında, yolun kənarları albalı ağacları ilə əhatələnib.

  1. Toronto Island Park

9 Queens Quay W, Toronto ünvanından gəmi ilə getmək olar

Torontonun panoramasını izləmək imkanı verən sahil boyu albalı çiçəkləri ilə bəzənmiş səfalı bir istirahət nöqtəsidir.

  1. Kariya Park

3620 Kariya Dr, Mississauga

Yaponiya üslubunda olan bağdır.

  1. Broadacres Park

35 Crendon Dr., Etobicoke

  1. Calumet College

215 Huron St., North York

  1. Birkdale Ravine

1297 Ellesmere Rd., Scarborough

  1. Joyce Archdekin Park

Main St S, Brampton

  1. Mississauga Valley Park

1275 Mississauga Vly Blvd

  1. University of Toronto Scarborough Campus

1265 Military Tr., Scarborough

Ziyarət Üçün Ən Yaxşı Zaman:

Albalı çiçəklərinin tam açması bu il may ayının 1-15-I arasına düşür. Amma hava şəraitindən asılı olaraq vaxt 2-3 gün fərqlə dəyişə bilər.

İzdihamdan uzaq, sakit, hüzurlu vaxt keçirmək istəyirsinizsə, albalı çiçəklərinin açdığı parkları səhər tezdən və ya iş günlərində ziyarət edin.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar