[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

İctimai nəqliyyatda narkotik istifadə edənlər həbs ediləcəklər  

İyulun 1-dən ictimai nəqliyyatda narkotik istifadə edən şəxslərlə mübarizə aparmaq üçün xüsusi əməkdaşlar işə başlayacaq

Ford hökuməti ictimai nəqliyyatda narkotik istifadəsinə qarşı mübarizəni gücləndirən, eyni zamanda qanunsuz narkotik istehsalını hədəf alan yeni qanun layihəsi təqdim edib.

Yeni qanuna əsasən, Metrolinx, Toronto Nəqliyyat Agentliyi (TTC) və Ottavada fəaliyyət göstərən Ottava Nəqliyyat Agentliyi tərəfindən işə götürülən xüsusi təhlükəsizlik əməkdaşları ictimai nəqliyyatda narkotik maddələrdən istifadə edən şəxsləri həbs etmək üçün polis əməkdaşları ilə eyni səlahiyyətlərə malik olacaqlar.

Övladlarımızı təhlükəsiz şəkildə məktəbə yola salmaq haqqımız var

Ontarionun baş prokuroru Maykl Kerzner “CityNews”a bildirib ki, iyulun 1-dən ictimai nəqliyyatda narkotik istifadə edən şəxslərlə mübarizə aparmaq üçün xüsusi əməkdaşlar işə başlayacaq: “Keçən il parklarımızı təmizlədiyimiz kimi, indi də ictimai nəqliyyatı təmizləyirik”.

M.Kerzner qeyd edib ki, bu qanun xüsusi təhlükəsizlik əməkdaşlarına ictimai nəqliyyat sistemində təhlükəsizliyi təmin etmək üçün qanunsuz narkotiklərin aradan qaldırılması və qaydalara əməl etməyən şəxslərin nəqliyyatdan uzaqlaşdırılması istiqamətində geniş səlahiyyətlər verəcək: “Hamımızın təhlükəsiz şəkildə övladlarımızı məktəbə yola salmaq, işə getmək, alış-veriş etmək, parkda vaxt keçirmək və ibadət etmək haqqımız var. Bunu edərkən kiminsə bizi qoruduğunu bilməliyik”.

Narkotik hazırlamaq üçn cihazların saxlanılması və satışı qadağan olunacaq

Qanun layihəsi həmçinin qanunsuz narkotik istehsalını da hədəf alır. Belə ki, narkotik hazırlamaq üçün istifadə edilən cihazların (məsələn, tablet presləri) saxlanılması, istifadəsi və satışı qadağan ediləcək. Eyni zamanda bu məqsədlə istifadə olunan kimyəvi maddələrin istehsalı, saxlanması və dövriyyəsi də qanunsuz sayılacaq.

Əgər kimsə metroda narkotik istifadə edirsə…

Ontario Xüsusi Təhlükəsizlik Əməkdaşları Assosiasiyasının prezidenti Sara Kennedi bildirib ki, təşkilat bu dəyişiklikləri dəstəkləyir, lakin eyni zamanda xüsusi əməkdaşların iş zamanı daha böyük təhlükələrlə üzləşə biləcəyini də qəbul edir. “Mühafizə fəaliyyətinin riskli olduğunu üzvlərimiz bunu bilir. Bununla belə, biz onların işlərini təhlükəsiz şəkildə yerinə yetirmələri üçün daha müasir və uyğun vasitələrlə təmin olunmasını dəstəkləyirik”.

Ontarionun baş nazir Daq Ford bu ilin fevralında ictimai nəqliyyatda narkotik istifadə edən şəxslərin həbs olunması ilə bağlı bu təşəbbüsü dəstəklədiyini açıqlamışdı: “Əgər kimsə metroda narkotik istifadə edirsə, o, metrodan çıxarılmalı və həbs olunmalıdır”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar